• cümə axşamı, 18 aprel, 05:04
  • Baku Bakı 15°C

Ət və süd məhsullarına nəzarət gücləndiriləcək

08.07.19 20:21 623
Ət və süd məhsullarına nəzarət gücləndiriləcək
Azərbaycanda ət və süd məhsullarının istehsalı və idxalı üzərində qida təhlükəsizliyi nəzarəti sistemi gücləndiriləcək.
Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli deyib.
O bildirib ki, hazırda Agentlik beynəlxalq standartlara uyğun olaraq nəzarət mexanizmlərinin hazırlanması ilə məşğuldur:
"Yüksək riskli məhsullar üzərində dövlət nəzarəti həm ölkədə istehsal olunan, həm də idxal edilən bütün növ məhsullara şamil olunacaq. Hazırda biz istehlakçılardan gələn şikayətlər əsasında obyektlərdə monitorinqlər keçiririk. Yoxlamalar nəticəsində bəzi obyektlərdə pozuntu halları aşkar edilib”.
Q.Təhməzli əlavə edib ki, aşkar olunan faktlar əsasında cavab tədbirləri, o cümlədən bəzi müəssisələrin bağlanması kimi tədbirlər görülüb.
banner

Oxşar Xəbərlər