AZE | RUS | ENG |

Estoniyanın təşəbbüsçüsü olduğu Dünya Təmizlik Günündə 17 milyon nəfər iştirak edib

Estoniyanın təşəbbüsçüsü olduğu Dünya Təmizlik Günündə 17 milyon nəfər iştirak edib
Bu həftə sonu dünyanın hər yerində milyonlarla insan BMT-nin elan etdiyi Dünya Təmizlik Günündə yaşadığı ərazilərin təmizlənməsi üçün keçirilən aksiyalara qatılıb.
AZƏRTAC xəbər verir ki, 2008-ci ildə Estoniyada elan olunan bu gündə 50 min könüllü beş saat ərzində ölkə ərazisinin tullantılardan təmizlənməsi aksiyasında iştirak etmişdi. Bundan sonra BMT həmin günü əbədiləşdirib. Həmin gün on minlərlə insan yaşadıqları ərazini, çimərlikləri, gölləri, yaşıllıqları tullantılardan təmizləyir. Toplanan tullantılar isə təkrar emala göndərilir.
BMT-nin 2018-ci il göstəricilərinə əsasən, istehsal olunan 9 ton plastikin cəmi 9 faizi təkrar emala yönləndirilir, qalanları isə atıq şəklində tullanılır. Aksiyanın miqyası Asiya sahillərindən Havay adalarınadək geniş ərazini əhatə edir. Ümumilikdə aksiyada 17 milyondan çox insan iştirak edib.
Estoniyada da bu il ötən ildəkindən iki dəfə çox - 22 min insan iştirak edib. Bu dəfə əsas diqqət kiçik həcmli tullantılara yönəlib. Ümumilikdə, 270 kiloqram tullantı toplanaraq təkrar emala göndərilib. Aksiyada əsasən uşaqlar və yaşlılar iştirak ediblər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873