• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

Estoniyada Qələbə Günü qeyd olunur

23.06.19 18:19 489
Estoniyada Qələbə Günü qeyd olunur
Düz yüz il əvvəl eston ordusu Latviya yaxınlığında baltik almanlarının qoşunlarını məğlubiyyətə uğradaraq azadlıq əldə edib. Bu gün Estoniyada Qələbə Günü kimi qeyd olunur.
AZƏRTACxəbər verir ki, iyunun 23-də Estoniyanın Tartu şəhərində Qələbə Günü münasibətilə təntənəli parad keçirilib. Paradda ölkə başçısı Kersti Kalyulayd, həmçinin bütün qoşun növlərinin nümayəndələri iştirak ediblər.
Həmçinin məhz həmin gün eston ordusuna kömək edən xarici dəstələrin təmsil etdikləri ölkələrin, o cümlədən Finlandiya, Polşa, İsveç və Ukraynanın bayraqları dalğalandırılıb. NATO üzvü olan ölkələrin nümayəndələri də parada qatılıblar.
Estoniyada Qələbə Günü ilk dəfə 1934-cü ildə qeyd olunub. 1919-cu ildə baş vermiş Vonn savaşı Estoniya azadlıq mübarizəsinin həlledici döyüşü kimi tarixə düşüb.
Qeyd edək ki, bu parad hər il ölkənin müxtəlif şəhərlərində təşkil olunur.
banner

Oxşar Xəbərlər