• cümə axşamı, 28 mart, 17:52
  • Baku Bakı 16°C

Estoniya hökuməti Hollivud rejissorunun filminə 5 milyon avro ayırıb

21.06.19 12:00 645
Estoniya hökuməti Hollivud rejissorunun filminə 5 milyon avro ayırıb
Estoniya hökuməti Hollivud rejissoru Kristofer Nolanın filminə 5 milyon avro ayırıb.
AZƏRTACxəbər verir ki, ölkənin Mədəniyyət Nazirliyi filmin Estoniya turizmi üçün yararlı olacağını bildirib. Filmin çəkilişlərinə Estoniyada iyunun əvvəlində başlanılıb, premyerası isə 2020-ci il iyulun 17-də olacaq.
Qeyd edək ki, "Oskar” mükafatlı rejissor Kristofer Nolan beynəlxalq casuslar barədə Estoniyada çəkdiyi film üçün Hollivudun ən yaxşı aktyorlarını seçib. Tamaşaçılara "Alaqaranlıq” filmindən yaxşı tanış olan Robert Patinson artıq Tallinə gəlib.
"Film Estonia” təşkilatının hesablamalarına görə, hökumətin ayırdığı maliyyə vəsaiti ölkəyə beşqat həcmdə geri qayıdacaq.
banner

Oxşar Xəbərlər