• cümə, 19 Aprel, 17:02
  • Baku Bakı 25°C

Estoniya Dövlət Radiosunda Azərbaycan şöbəsi yaradıldı

20.08.14 11:04 943
Estoniya Dövlət Radiosunda Azərbaycan şöbəsi yaradıldı
“Estoniya – Azərbaycan” Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Azərbaycan şöbəsinin hazırladığı proqram həftədə bir dəfə yerli dildə yarım saatlıq verilişlə Estoniya Dövlət radiosunda çıxış edir.
Azərbaycan diasporunun Estoniya dövləti ilə apardığı danışıqlar nəticəsində yaranan, Sənəmxanım Əliyevanın rəhbərlik etdiyi şöbənin hazırladığı veriliş Azərbaycan tarixi, ölkənin hazırkı inkişaf gücü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqlar və sair mövzuda yayımlanır. Verilişin buraxılışlarında Azərbaycan mədəniyyəti və adət - ənənələrinə də geniş yer verilir. Azərbaycan şöbəsinin hazırladığı verilişlər artıq qısa zamanda geniş dinləyici rəğbətinin qazandığı da bildirilir.
Qeyd edək ki, “APA Holding”in Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Baltikyanı ölkələrdə fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir./apa/
banner

Oxşar Xəbərlər