Əsrlərə, əsərlərə meydan oxuyan sevgili
Dünya
ədəbiyyatının ədibləri, "Anna Karenina”-nın oxucuları danışır. Çılğın
sevgilinin, Tolstoyun ölümsüz Annasının oxucunu duyğu selinə qurban edən
hekayəsi haqqında bu dəfə yazarlar öz düşüncələrini bölüşürlər.
Uilyam Dalrimpl – "Anna Karenina”-nı oxuyanda 20 yaşım vardı. Şotlandiyada, hər şeyin mərkəzindən çox uzaq bir əyalətdə böyüyən bir gənc baxışı ilə Aleksey Andreyoviçi dərhal "mənimsədim”. Çünki ziyafətlərdən çox kitablarla kontaktda olan və əks cinslə münasibəti həmişə uğursuzluqla sonlanan mənim üçün Vronski gözümün düşməni olan həmcinslərimin obrazı idi. Yaxşı ki, məhəlli dünya görüşü ilə oxuduğum bu qəhrəman sevgiliyə, güclü və nakam Annaya Şotlandiyadan çıxandan uzun illər sonra bir daha qayıtdım. Müəllifin yaratdığı Rusiya həyatı mənə o qədər də uzaq deyildi, ikincisi də o dünya ədəbiyyatında sözünü demiş, müzakirə olunmayacaq istedad sahibi yazardır. Odur ki, onun qəhrəmanlarını yenidən kəşf etdim. Tolstoy hər zaman gözləntilərimizi doğrultmayan qəhrəmanlar yaradaraq, ustalığını, fərqli düşüncəsini burada da sərgiləyib. Annanın timsalında qadın çılğınlığının, emosionallığının sərhədsizliyini təcəssüm etdirən yazar ona həm də qadın-kişi fərqi qoymadan insanı əzəcək əzablar yükləyib. Bəli, Annanın eşqinə də, həyatına da sahib çıxacaq qədər güclü iradəsi, öyrəşdiyi həyatdan, onu qoruyan soyadından imtina edəcək, bütün dünya ilə mübarizə aparacaq cəsarəti var. Amma həyatı öz arzularımıza görə yaşamaq üçün bunlar kifayətdirmi? Tolstoy müdrikcəsinə göstərir ki, xeyr. Həyat insandan daha çox şey tələb edir. Bəzən insanlar heysiyyətini və inandığı, müqəddəs bildiyi doğruları, insanları itirməkdən, onların puç olduğunu görməkdənsə, nəinki arzuladığı həyatdan, hətta yaşamaqdan da imtina edə bilir.
Fransin
Proz – Bu roman haqqında nə qədər uzun-uzadı danışa bilərəm. Ən sevimli
romanımdır. Məndə bir romanın tutduğundan daha dərin yeri var. Dəfələrlə
oxuyub, dəfələrlə özümə sual eləmişəm, tərəzinin bir gözündə oturub cəsarətimi,
mənəvi dərinliyimi, intellektimi, gücsüzlüyümü, qətiyyətimi ölçmüşəm. Annanın
fövqəltəbiiliyindəki təbiilik məni hər dəfə təəccübləndirə bilib. Tarixin,
dövrün, cəmiyyətin, sürətlə qanunları dəyişən mədəniyyətin təsirlərindən
təsirsiz yan keçmək, riyakarlığın fövqəltəbii formada yaşandığı bir mühitə
təbiiliyi ilə meydan oxumaq Annaya bir roman qəhrəmanı, təxəyyül məhsulu
olmaqdan çıxıb, əbədiyaşar qalmaq fürsəti verib. Hardasa hər 3-5 ildən bir
Annaya yenidən oxumaq üçün qayıdıram. Və hər dəfə artıq yaşım da öz hökmünü
verdiyindən bu romanda əvvəllər diqqətimi heç çəkməmiş nüanslar, hətta
qəhrəmanlar tapıram. Hər dəfə yenidən oxumağımın səbəbi isə sadəcə zövq almaq
məqsədi güdmür. Tolstoyun mənə niyəsə həmişə ovsunlu görünən tərəflərini sanki
bu romanı oxuduqca özüm üçün aydınlaşdırıram, onun yaradıcılığını kəşf edirəm,
hər dəfə yaradıcı keçidləri aralayıram və mütaliə bitəndə özümlə qürur duyuram.
Bir yazar kimi Tolstoyu fəth etmək bənzərsiz duyğudur. "Anna Karenina” isə
insanı daha da təhrik edir – dərinə en, daha diqqətlə oxu, daha həssas davran,
dünyaya daha yaxından bax. Bir yazar keyfiyyətlərindən arınmış Tolstoyu bu
romanda sanki daha aydın görürəm. Burada baş verən bütün köməkçi hadisələr,
hekayənin əsas və köməkçi qəhrəmanları, qəhrəmanların gözü ilə aparılan
müşahidələr, içilən şərablar, buz rəqsləri, ziyafətlər, at yarışları, Tanrı ilə
söhbətlər sanki bir simfonik orkestrdir. Tolstoyun əsilzadə ruhunu bu romanın
hər səhifəsində hiss edirik. Onun qələmə aldığı sinfin musiqi, yemək, içki,
geyim zövqü, davranış və yaşayış tərzi haqqında müfəssəl təsvirlər
canlandırması insana tamamilə başqa, dövrün əsərlərindən nadir hallarda
aldığımız mütaliə həyəcanı aşılayır. Romanın əsas gücü isə vurucu, xırda, lakin
həlledici məqamların sadəcə baş qəhrəmanla bağlı olmamasındadır.
Müəllif qələmə
aldığı hər bir qəhrəmanın haqqını verir.
Mən ən
çox Anna ilə Vronskinin qarşılaşması səhnəsini sevirəm. Eşq elə belə
başlamırmı? Həyatının təməli olan şeyləri sorğulamağa başlayır insan. Anna ilk
dəfə həyat yoldaşı Alekseyin qulaqlarının çox eybəcər olduğunu sezir. Annanı
əsrin qəhrəmanına çevirən burjuaziyadan qüvvətlənib patriarxal rejimə meydan
oxutduran eşq deyil, bütövlükdə içindən çıxa bilmədiyi duyğu burulğanıdır.Uilyam Dalrimpl – "Anna Karenina”-nı oxuyanda 20 yaşım vardı. Şotlandiyada, hər şeyin mərkəzindən çox uzaq bir əyalətdə böyüyən bir gənc baxışı ilə Aleksey Andreyoviçi dərhal "mənimsədim”. Çünki ziyafətlərdən çox kitablarla kontaktda olan və əks cinslə münasibəti həmişə uğursuzluqla sonlanan mənim üçün Vronski gözümün düşməni olan həmcinslərimin obrazı idi. Yaxşı ki, məhəlli dünya görüşü ilə oxuduğum bu qəhrəman sevgiliyə, güclü və nakam Annaya Şotlandiyadan çıxandan uzun illər sonra bir daha qayıtdım. Müəllifin yaratdığı Rusiya həyatı mənə o qədər də uzaq deyildi, ikincisi də o dünya ədəbiyyatında sözünü demiş, müzakirə olunmayacaq istedad sahibi yazardır. Odur ki, onun qəhrəmanlarını yenidən kəşf etdim. Tolstoy hər zaman gözləntilərimizi doğrultmayan qəhrəmanlar yaradaraq, ustalığını, fərqli düşüncəsini burada da sərgiləyib. Annanın timsalında qadın çılğınlığının, emosionallığının sərhədsizliyini təcəssüm etdirən yazar ona həm də qadın-kişi fərqi qoymadan insanı əzəcək əzablar yükləyib. Bəli, Annanın eşqinə də, həyatına da sahib çıxacaq qədər güclü iradəsi, öyrəşdiyi həyatdan, onu qoruyan soyadından imtina edəcək, bütün dünya ilə mübarizə aparacaq cəsarəti var. Amma həyatı öz arzularımıza görə yaşamaq üçün bunlar kifayətdirmi? Tolstoy müdrikcəsinə göstərir ki, xeyr. Həyat insandan daha çox şey tələb edir. Bəzən insanlar heysiyyətini və inandığı, müqəddəs bildiyi doğruları, insanları itirməkdən, onların puç olduğunu görməkdənsə, nəinki arzuladığı həyatdan, hətta yaşamaqdan da imtina edə bilir.
Annanı
əsrlərə meydan oxuyan sevgili obrazı ilə könlümüzə həkk etdirən nüans onun
həzin sonu deyil. Minlərlə qəhrəmanı unutdurub, Annanı həmişəyaşar edən
Tolstoyun yanlışları və duyğuları ilə başa çıxa bilməyən bir obraza, baş
qəhrəman belə olsa, hər insanın yaşaya biləcəyi sıradan bir tale hökmü
yazmasıdır. Burada Vronski ilə Anna üçün xoşbəxt və ya Alekseylə Anna üçün
bədbəxt bir sonluq yazıla bilərdi. Hansı ki bu, dövrün yazarlarını birləşdirən
əsas üslubdur. Elə bugünün yazarları üçün də bu ifadə keçərlidir. Annanın ölümü
duyğuların ilahiləşməsi, onların nə qədər ağır və dərin olduğunun sübutudur. Bu
ölümü Tolstoy bir faciə kimi yazıbsa, bəli, bu uğurlu bir sondur. Əgər oxucu
Annanın ölümünü Vronskiyə, Alekseyə və Annanı əxlaqsızlıqla ittiham edib, onu
mühitdən tamamilə izolə edən kübar cəmiyyətinə bir üsyan, bir meydan oxuma kimi
dəyərləndirirsə, bəli, məncə, bu Tolstoyun əvəzolunmazlığıdır,
təkrarsızlığının, ədəbi qüdrətinin danılmazlığıdır.
Cilli
Kuper – Çox az kişi müəllif qadınlar haqqında çox az hallarda qüsursuz danışa
bilir. Tolstoy "Anna Karenina”-da sadəcə bir qadın haqqında danışmır, onu
duyur, anlayır, əzizləyir, bütün dərinlikləri ilə dilləndirir. Bu mənim
nəzərimdə heç də dramatik bir eşq hekayəsi deyil. Bu elə ən gözəl qadın
haqqında yazılmış ən gözəl mübarizə hekayəsidir. Bəli, hisslərinin sahibi
olmayan Vronski ilə yaşadıqları onun mənəvi qüsursuzluğunu tamamilə korlayır,
lakin bu Anna üçün yolun yarısında dayanmaq səbəbi deyil. Burada sadəcə bir
qadının yaraşıqlı bir kişiyə vurulmasının, qeyri-əxlaqi, qeyri-qanuni bir
münasibətin "layiqli” sonunun əhvalatı danışılmır. Anna əsla yaşamadığı, hiss
etmədiyi duyğuların ardınca düşür. Ona uzun müddət mənasızca nəfəs aldığını
hiss etdirən bu möcüzəvi arzuların çiçəklənmək haqqı var idi. Amma cəmiyyət
qadının arzularına bu ixtiyarı vermir. Annanın qardaşının xəyanəti həyat
yoldaşı tərəfindən dərhal bağışlanır. Vronski bütün bu olanlardan sonra ictimai
çevrədə "Ohh, həyatda belə şeylər olur, irəli baxmaq lazımdır” sözləri ilə
qarşılanır. Annanın dünyanı lərzəyə sala biləcək qüdrətdəki duyğuları isə teatr
salonunda buz baxışlar, ona arxası dönən insanlardan bir divarla üz-üzə gəlir.
Bu ictimai münasibət əslində bütün cəmiyyətlərdə qadını ölümə, günaha,
əzilməyə, əyilməyə sürükləyən cani davranışıdır. Tolstoy kişi olmasına
baxmayaraq, çox yaxşı tanıdığı yüksək zümrəyə mənsub qadınlara da bələddir.
Nəinki Annanın, elə əsərdə bir çox qadın obrazın müfəssəl təsvirindən də
görünür ki, qadının çiynindəki ağırlıq, yük zamana, məkana, sosial vəziyyətə
məhəl qoymayaraq, onu əzməyə can atır.
Mohsin
Hamid – Amerikada kolleci bitirdikdən sonra birillik məzuniyyət götürüb,
Pakistana qayıtdım. Bütün zamanımı ədəbiyyata həsr etməyi hədəfləmişdim.
Aralarında "Anna Karenina”-nın da olduğu bir çamodan dolu kitab da aparırdım.
Klassiklərin ən üst sinfinə aid olanları seçib, götürmüşdüm. Yazmağı, üslubu
mənimsəməyə çalışanlar üçün bu ali məktəb dərsliyidir. Romantik, mükəmməl və
həyəcanverici bir hekayə axtaranlar üçün isə sevimli kitabı. İlk baxışdan
konservativ rejimə baş qaldıran klassik bir hekayə təsiri bağışlayan roman
əslində dövrün ədəbi cərəyanlarına nəzərən avanqard üslubu izləyir. Tostoyun
aralarında dərin uçurum olan iki sinfə aid mənzərələri özünəməxsus sahman və
səmimiyyətlə təsvir etməsi biz yazarlara bir yol göstərir. Hər sinfin, hər
dövrün, hər dinin nümayəndəsi olmaq həmişəyaşar hekayələr yarada bilmək
deməkdir. Müasir Qərb ədəbi tənqidçiləri iddia edir ki, romantik intim
səhnələri qadın yazarlar daha uğurlu canlandırır. Amma mən tam əminliklə
deyərdim ki, hansısa bir rus xanım yazar əsla bu Annanı yarada bilməzdi.
Tolstoy qəhrəmanın dünyasını o qədər konkret, əsla bir-birilə dolaşıq düşməmiş
ifadə və duyğularla açır ki, əgər Anna qadın olmasa, "əsas obraz elə müəllifin
özüdür” – iddiası mütləq səslənərdi.
Culi
Mayerson – kitabxanası olan oxucunun "Anna Karenina”sı yoxdursa, o mütaliə
kolleksiyası ilə öyünə bilməz. Tolstoyun bütün romanlarında mən niyəsə bu hissə
qapılıram – sanki əsər oxumur, bir panoramik tablonu seyr edirəm. "Anna
Karenina” dünya musiqisindəki vals kimidir və ya tanqo. Təkrarsız və həmişə
yeri görünən. İntellektual zümrə üçün bəzi əsərlərin oxunmamış olması həqiqətən
böyük utancdır, məsələn, bu roman kimi. Tolstoy güclü bir qəhrəmanın, duyğu və
kədər "istehsalçısı” Annanın mənəvi dünyasının fonunda kompleks və tragik
taleləri təsvir edir. Bədbəxt ailələrin bədbəxtlik səbəblərini, əzabın milyon
nüvəsi olduğunu, hər insanın öz ürəyinin tutumu qədər kədərlə yükləndiyini
bədii bir dillə aydınlaşdırır. Hətta çox az-az gözə dəyən obrazın belə
həyatında insana öz həyatını haqq-hesab nüanslarla qarşılaşırıq. Bu hekayənin yox,
Tolstoyun uğurudur. Bəlkə də, azsaylı romanlardandır ki, mən onu oxuya-oxuya
sevdiyim yerləri işarələməmişəm. Hekayənin oxucunu burulğan kimi içinə çəkən
axınına nəyinsə mane olmasını istəmədim yəqin ki. Xüsusi bir məsələyə də diqqət
çəkmək istərdim. Böyük romanları ekranlaşdırmaq olduqca təhlükəli bir işdir.
Buna razılıq vermək məşhurlaşmaq dərdi olmayan müəlliflər üçün də çətindir. Çox
az hallarda ekran əsəri romanın oxucuda yaratdığı duyğuları korlamır. "Anna
Karenina”nın ekran versiyası Tolstoyun bu ölümsüz əsərinin öhdəsindən layiqincə
gəlib.Alisya Vikander
Mənbə:
"Guardian”
İngilis
dilindən tərcümə edən: Elcan SALMANQIZI