“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir

“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir

Cəmiyyət
22 Sentyabr 2019, 15:30 104
25 il əvvəl Ulu Öndər Heydər Əliyevin böyük səyi və zəhməti ilə ərsəyə gələn "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatı və dövlətimiz üçün ən vacib strateji layihələrdən biridir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Sona Əliyeva deyib.
S.Əliyeva bildirib ki, bu layihənin reallaşması nəticəsində düzgün neft strategiyasının formalaşdırılmasının və həyata keçirilməsinin, gələcəkdə investitsiyaların yatırılmasının, iqtisadiyyatın inkişafı üçün siyasi və iqtisadi təhlükəsizliyin təminatının əsası qoyuldu:
"Dinamik inkişaf, iqtisadiyyatın şaxələndirilməsi, ölkədə infrastrukturun yenilənməsi, xidmət sahələrinin keyfiyyət etibarlə yeni mərhələyə qədəm qoyması, rəqəmsal texnologiyaların tətbiqi, elektron hökümətin qurulması və elektron xidmətlərin genişmiqyaslı tətbiqi və s. bunların təməli məhz "Əsrin müqaviləsi" ilə qoyulub.
Sadalananlarla yanaşı mütləq şəkildə onu da qeyd etmək lazımdır ki, neft kəmərinin texniki-iqtisadi əhəmiyyətindən başqa siyasi rolu da böyükdür. Məhz bu layihə dünya dövlətləri ilə Azərbaycan dövlətinin münasibətlərinin, əlaqələrinin yenidən qurulmasına və inkişafına, xarici siyasətin güclənməsinə, ölkənin nüfuzunun artmasına əhəmiyyətli töhfə idi".
Deputat vurğulayıb ki, iqtisadi resursların olması nəticəsində sosial infrastrukturun yenidən qurulması, çadır şəhərciklərinin ləğvi, müharibə veteranlarına və şəhid ailələrinə imtiyazların verilməsi, onların sosial təminatının yaxşılaşdırılması, təhsil və səhiyyə sahəsində keyfiyyətin yüksəldilməsinə xidmət edən islahatlar, ümumlikdə xaqlın sosial rifahının yaxşlaşması günün reallığıdır . Bunlar sadəcə görülən işlərin, həyata keçirilən tədbirlərin kiçik bir hissəsidir".
S.Əliyeva bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Əsrin yarısına qədər uzadılan bu müqavilə hələ uzun illər Azərbaycan xalqının rifahına, həyat keyfiyyətinin yaxşılaşmasına və müstəqil dövlətimizin inkişafına xidmət edəcək".