• cümə, 29 Mart, 19:35
  • Baku Bakı 14°C

Əsl soyqırımı Türkiyədə deyil, Ermənistanın özündə törədilib

10.04.15 11:07 1020
Əsl soyqırımı Türkiyədə deyil, Ermənistanın özündə törədilib
İrəvan rəhbərliyi indiki Ermənistan ərazisində məskunlaşan azərbaycanlılar və digər xalqların tarixi və mədəni irsini məhv edib və məqsədyönlü şəkildə məhv etməkdə davam edir. Bu barədə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov bəyan edib. Onun sözlərinə görə, bu mənada nəinki erməni dövləti, həm də indiki Ermənistanın istorioqrafiyası unikaldır. “İran, Azərbaycan, Gürcüstan və Türkiyə kimi polietnik dövlətlər arasında monoetnik Ermənistanın necə mövcud olması sualı yaranır. Axı Qafqaz polietnik regiondur, burada hətta qonşu kəndlərin sakinləri də müxtəlif dillərdə danışırlar. Ermənilər tez-tez ölkə rəhbərliyinin yürütdüyü siyasətə Yaponiya və İslandiyanın da monoetnik dövlət olmaları ilə haqq qazandırmağa çalışırlar. Ancaq bu iki dövlət üçün monoetniklik təbii amildir, çünki onlar ada dövlətləridir və hər tərəfdən dənizlə əhatə olunublar. Ermənistanın isə hər tərəfdə polietnik ölkələrlə qonşudur”, - deyə F.Axundov vurğulayıb. Onun sözlərinə görə, müasir Ermənistanın istorioqrafiyası bütün dünyada qəbul olunan aksiomaları pozmağa cəhd edir. “Riyaziyyat dəqiq elmdir və burada iki vur iki dördə, üç vur üç doqquza bərabərdir. Riyaziyyat dili ilə desək, erməni istorioqrafiyası hər kəsə sübut etməyə çalışır ki, iki vur iki beş, üç vur üç isə ona bərabərdir”, - deyə F.Axundov qeyd edib. Sektor müdiri Qafqaz Tarixi Mərkəzi ətrafında toplaşan və Türkiyə, Gürcüstan və digər ölkələrin arxivlərində Azərbaycan və Qafqazın, Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə dair unikal tədqiqatlar aparan bir qrup gənc alimin töhfəsini qeyd edib. “Layihələrimizdən biri elmi-sənədli filmlərin hazırlanmasıdır. Biz azərbaycanlıların Ermənistandan qovulmasına, Azərbaycan memarlığının məhv edilməsinə, Azərbaycan toponimlərinin erməni dilinə çevrilməsinə, alban xristian irsi və kilsələrinin erməniləşdirilməsinə həsr edilən “Ermənistanda soyqırımı” adlı film çəkirik”, - deyə o bildirib. Onun sözlərinə görə, erməni istorioqrafiyasının mahiyyəti Ermənistanda törədilən soyqırımının izlərini itirmək cəhdindən ibarətdir. “Ermənistan Türkiyə və Azərbaycanda ermənilərə qarşı soyqırımların törədildiyini bəyan edir. Lakin bu gün Azərbaycanda 30 min, Türkiyədə isə on minlərlə erməni yaşayır. Əsl soyqırımı isə Ermənistanda törədilib, burada bir nəfər azərbaycanlı belə qalmayıb. Azərbaycan xalqının yüz minlərlə nümayəndəsi oradan qovulub, minlərlə insan öldürülüb. Əsl soyqırımı məhz Ermənistanda törədilib, burada nə azərbaycanlı, nə də Azərbaycan abidələri və adları qalmayıb”, - deyə F.Axundov vurğulayıb.
banner

Oxşar Xəbərlər