• cümə, 29 Mart, 18:55
  • Baku Bakı 14°C

Əskinazlara həkk olunmuş dahilər

19.02.18 16:10 1324
Əskinazlara həkk olunmuş dahilər
Pul vahidlərinin üzərində kişilərin – prezident, hərbçi, ixtiraçı, dövlət xadimi, rəssam və s. – və ya ölkənin milli atributlarının fotosunu görmək ənənəvi haldır. Lakin bəşəri xidmətləri olan yüzlərlə qadın şəxsiyyətlərin fotosunu görmək niyəsə ilk baxışdan hamıya qəribə gəlir. Bu, müəyyən dövrlərdə qadının şəklinin ictimailəşdirilməsinin tabu olması faktı ilə əlaqələndirilsə də, müasir dövrdə ən çox tələb olunan nüanslardandır. Bu dəfə sizə fotosu əsginaslara həkk edilmiş dünyaca məşhur xanımların siyahısını təqdim edirik. Siyahı "Dünya kağız pullarının standart kataloqu” ("Standard catalog of world paper money”) kitabının materialları əsasında hazırlanıb.
500 pezo – Meksika pul vahidi – Frida Kahlo - yazıçı
50 frank – İsveçrə pul vahidi – Sofi Arp – heykəltəraş-rəssam
20 kron – İsveç pul vahidi – Astrid Lindgren – yazıçı
5000 iyen – Yaponiya pul vahidi – Hiquçi İçiyo – yazar
50 lirə - Türkiyə pul vahidi – Fatma Aliye Topuz – Türkiyə ədəbiyyatının ilk qadın roman yazarı
50 dollar – Avstraliya pul vahidi – Edit Kovan – siyasətçi-yazar
100 kron – Norveç pul vahidi – Kirsten Folqstad – opera müğənnisi
100 pezo – Argentina pul vahidi – Eva Peron – aktrisa
200 sole – Peru pul vahidi – Roza Lima – rahibə
10 dollar – Yeni Zelandiya pul vahidi – Keyt Şeppard – aktivist-publisist
banner

Oxşar Xəbərlər