• cümə, 29 Mart, 01:06
  • Baku Bakı 7°C

Əsir və girovluqdan azad edilmiş şəxslərin ailələrinin sosial vəziyyəti araşdırılıb

28.10.20 11:52 377
Əsir və girovluqdan azad edilmiş şəxslərin ailələrinin sosial vəziyyəti araşdırılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə elan etdiyi 2020-ci ilin I qrant müsabiqəsinin qalibi olmuş "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin "Erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin ailə üzvləri olan məcburi köçkünlərin sosial vəziyyətinin araşdırılması” adlı layihəsi yekunlaşıb.

Birlikdən verilən məlumata görə, layihə çərçivəsində 4 ay müddətində Bakı şəhəri, Abşeron, Ağdam və Bərdə rayonlarının kənd və qəsəbələrində məskunlaşmış erməni əsir və girovluğundan azad edilmiş, həmçinin itkin düşmüş məcburi köçkünlərin ailə üzvlərindən, ümumilikdə 100 nəfərdən sosial problemlərinin araşdırılması məqsədi ilə pandemiya dövrünün şərtlərinə uyğun olaraq fərdi qaydada sorğular götürülüb. Sorğular zamanı respondentlərin hər birinə gigiyenik vəsaitlərdən ibarət paketlər təqdim edilib. Sorğuların keçirilməsində ictimai birliyin əsir-itkinlərin ailə üzvləri olan könüllüləri yaxından iştirak ediblər.

Adı çəkilən kateqoriyadan olan şəxslərin həyatlarının bütün sferasını əhatə edən 4 bölmə, 43 sualdan ibarət sorğu anketlərinin təhlili nəticəsində əldə olunmuş tədqiqata əsasən, məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət strategiyasına dəstək vermək məqsədi ilə 14 bənddən ibarət təklif və tövsiyələr hazırlanıb. Tədqiqat işi nəticəsində hazırlanmış təklif və tövsiyələr Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edilib, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinə göndərilib.


banner

Oxşar Xəbərlər