• şənbə, 20 Aprel, 12:43
  • Baku Bakı 23°C

“Əsir düşərgəsi” kitabı çap olunub

26.02.17 14:45 1643
“Əsir düşərgəsi” kitabı çap olunub
"Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində "Əsir düşərgəsi” kitabı çap olunub.
APA-nın məlumatına görə, jurnalist Vüsalə Məmmədovanın müəllifi olduğu və TEAS Press nəşriyyat evində çap olunan kitab Lent.az-da yayımlanmış eyniadlı layihə əsasında tərtib edilib.
Yeni nəşrdə toplanan doqquz hekayət Qarabağ müharibəsində ermənilərin əsir və girov götürdüyü insanların üzləşdikləri işgəncə və zorakılıqdan, yaşadığı dəhşətlərdən bəhs edir. Hekayətlər əsir və girovlarındilindən qələmə alınıb.
Kitabda 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından, eyni zamanda, 1995-ci ildəŞuşahəbsxanasında saxlanılar əsirlərin məruz qaldıqları işgəncələrə etirazını bildirmiş Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi, əsirlərin öz aralarında "qoruyucu mələyimiz” adlandırdığı İsveçrə vətəndaşı Pyer Reyçerin göstərdiyi fədakarlıqdan da söhbət açılır.
Qeyd edək ki, nəşrin məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə daha bir addım atmaqdır. Müharibənin günahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğaları yenidən cəmiyyətə göstərmək, erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir. Kitabda bir çox faktlar geniş ictimaiyyətə birinci dəfədir çatdırılır.
banner

Oxşar Xəbərlər