• cümə axşamı, 18 aprel, 09:27
  • Baku Bakı 12°C

Əsgərin əskər, işgəncənin işkəncə kimi yazılması təklif olunur

12.01.18 11:10 855
Əsgərin əskər, işgəncənin işkəncə kimi yazılması təklif olunur
Bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək,khərfi ilə yazıl­ma­sı məqsədəuyğun sayılır (əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncəvə s).
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində qeyd olunur.
Layihədə bildirilir ki, yuxarıdakı sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədəkghərfi ilə yazılıb. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib.
Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçünNazirlər Kabinetinə təqdim ediləcək.
banner

Oxşar Xəbərlər