Əsgər ilana atəş açarkən özünü yaraladı

Əsgər ilana atəş açarkən özünü yaraladı

Təfsilat
27 İyul 2013, 10:49 872
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakı ətrafındakı hərbi hissələrindən birində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Elməddin Hüseynov postda olarkən ona yaxınlaşan ilana tabeliyindəki avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə güllələrdən biri onun öz ayağına dəyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, E. Hüseynov Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb.