Əsgər-fotoqrafın xatirələri “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmində
1918-ci ildə elan olunmuş Azərbaycan Xalq
Cümhuriyyəti milli təfəkkürün dövlət
təntənəsi, Azərbaycan coğrafiyasının vahid huquqi ərazidə bir sınır olaraq
yaradılması idi. Düz 100 il əvvəl Azərbaycan bu günü yaşayaraq Azərbaycan
Demokratik Respublikasını qurub, ümumi bayraq altında öz Cümhuriyyətini elan etdi.
Məhz bu unudulmaz və qürurverici məqamı əbədiləşdirmək
məqsədilə, "Veysəloğlu Şirkətlər Qrupu" özünün təşəbbüskarlığı və "Cinealliance"
Kinoşirkətinin yaradıcı komandası ilə "Cümhuriyyətin 9 şəkli" filmini
ərsəyə gətirməyi qərara alır.
Baş verənlərin tarixçi, salnaməçi
baxışından deyil, bir sıravi əsgər baxışından açıqlanmasıdır. Qafqaz İslam
ordusunun əsgəri və eyni zamanda fotoqrafı olmuş sıravi əsgərin illər kecəndən
sonra belə ailəsində yaşanan ideoloji muhitun yaradılmasındandır.
Filmdə o dövrdə baş verən mühüm hadisələri
özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan
Demokratik Respublikasının doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə
gətirilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.
Vizual mətnin əsas mesajı iki illik
mohtəşəm tarixi bir insanın duşuncə süzgəcindən kecirə bilməsidir. Bu günkü
tamaşacıya bəsit dəlillərlə və cox sadə bir dildə tarixin catdırılamasıdır. O,
möhtəşəm iki ildə dovlət quruculuğu prossesinin bir cox sahələrə uğurla şaxələnməsi,
hüquq mühafizə, məhkəmə, bank, poct teleqraf sistemlərinin yaradılması, ordu
quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş uğurlar xususi olaraq filmdə
vurğulanır.
Aktyor oyunu, bədii mətnlə müşayiət
olunan foto və video arxiv ilə bərabər rəsm cizgilərinin anidən canlanması və
digər mənbəyə fokuslanamsı Azərbaycan kinosu ücün yeni bir sintez mədəniyyət
formalaşdırır.
Film baba ilə nəvənin timsalında iki
muxtəlif baxış bucağının iki müxtəlif yaş nəslinin Azərbaycan Demokratik
Respublikasına olan oxşar münasibətidir. Hər iki nəsil oz şanlı tarixinə hörmət
edir. Olanları yüksək dəyərləndirir. Ancaq belə bir ideoloji mühit vətənə bağlı
əsgər yetişdirə bilər. Necə ki, filmin qəhrəmanı olan uşaq əsgər olmaq arzusu
ilə belə bir ideoloji muhitdə böyüyür.