AZE | RUS | ENG |

Əsədov: Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki...

Əsədov: Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki...
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma, durma və parklanma ilə bağlı avtomobil sürücülərinə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, dayanma, durma və parklanma prioritret məsələlərdəndir:

"Sürücülərin əksəriyyəti avtomobillərin parklanması ilə bağlı tərtib edilmiş protokollarla razılaşmır, şikayət edir. Bu gün Bakı şəhərində kifayət qədər avtomobil duracaqları var və bu duracaqlardan düzgün istifadə edilməlidir. Eyni zamanda Bakı şəhərində 70-dən çox küçə və prospekt üzrə 300-ə yaxın parkomat var. Bu parkomatların ərazisində avtomobilləri düzgün, tələb edildiyi kimi park edin ki, yol polisi tərəfindən məsuliyyətə cəlb edilməyəsiniz. Hər kəs avtomobili düzgün saxlamalıdır. Buna qarşı təsirli tədbirlər görülür”.

V.Əsədov bildirib ki, gün ərzində daxil olan şikayətlərin 75-80 faizi dayanma, durma və parklanma ilə bağlı inzibati məsuliyyətə cəlb edilənlərdən gəlir: "Hər kəs deyir ki, mən bir dəqiqəlik dayanmışdım, ancaq araşdıranda məlum olur ki, heç də belə deyil. İki hərəkət zolağı olan biristiqamətli yolun hərəkət hissəsində 30 saniyə dayanılması pik saatlarında 60-a yaxın sürücünün 5 dəqiqə ləngiməsi deməkdir. Ona görə də, dayanma, durma və parklanma ilə bağlı nəzarət gücləndirilib”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6932
GBP 1 İngilis funt sterlinqi 2.2519
TRY 1 Türk lirəsi 0.3510
KWD 1 Küveyt dinarı 5.6157
SEK 1 İsveç kronu 0.1931
EUR 1 Avro 1.9921
CHF 1 İsveçrə frankı 1.7061
USD 1 ABŞ dolları 1.7000