• cümə axşamı, 28 mart, 20:18
  • Baku Bakı 13°C

Əsəd “Ağ dəbilqəlilər”i “Əl-Qaidə”nin bir hissəsi adlandırıb

21.03.17 12:44 623
Əsəd “Ağ dəbilqəlilər”i “Əl-Qaidə”nin bir hissəsi adlandırıb
"Suriyada dinc əhalinin müdafiəsi ilə məşğul olduqlarını iddia edən "Ağ dəbilqəlilər” təşkilatının üzvləri əslində Əl-Qaidə terror qruplaşmasını dəstəkləyirlər"."Report” xəbər verir ki, bunu rusiyalı jurnalistlərə Suriya prezidenti Bəşər Əsəd deyib.Onun sözlərinə görə, bu, sübut edilmiş faktdır.
Əsəd əlavə edib ki, insanları öldürən və edam edən həmin o terror qruplaşmasınınüzvləri, eyni zamanda humanitar qəhrəmanlardırlar və hazırda onların hətta "Oskar" mükafatları da var.
B.Əsəd onu da bəyan edib ki, rəsmi Dəməşq, istər Rəqqa, istərsə də başqa bir şəhərdə Suriya hakimiyyəti ilə razılaşdırılmayan istənilən əməliyyatı ölkə ərazisinə müdaxilə hesab edəcək.
"Suriyada hökumət ilə razılaşdırılmayan istənilən hərbi əməliyyat qanunsuzdur və artıq qeyd etdiyim kimi, hərbçilərin Suriya ərazisində istənilən mövcudluğu müdaxilədir, söhbət istər Rəqqanın azad olunmasından getsin, istərsə də başqa bir yaşayış məntəqəsinin", - deyə Əsəd aprelin əvvəlində Rəqqanın terrorçulardan təmizlənməsinə başlanacağı ilə bağlı yayılan məlumatları şərh edib.

"Birincisi, biz hamımız bilirik ki, koalisiya (ABŞ-ın rəhbərlik etdiyi — red.) heç vaxt İŞİD və ya terrorçulara qarşı ciddi müqavimət göstərmək niyyətində olmayıb. Odur ki, biz müttəfiqlərin real niyyətinin nə olduğu barədə düşünməliyik. Rəqqanı azad etmək? Amma kimdən? İŞİD-dən? Bəs sonra şəhəri kimə verəcəklər? Onların planı nə terrorçularla döyüşmək, nə Suriya hökumətinə kömək etmək, nə də Suriyanın suverenliyi uğrunda müharibə etmək deyil, nəsə başqa bir şeydir", — deyə prezident bildirib.
banner

Oxşar Xəbərlər