Əsəbiləşir - Karyerasının son oyunundan əvvəl
"Bavariya”nın kapitanı Filip Lam peşəkar karyerasında keçirəcəyi son
oyundan əvvəl açıqlama verib.
Kaspi.az xəbər verir ki, Lam son oyununu mayın 20-də "Frayburq”a
qarşı keçirəcək. O, bu qarşılaşmadan əvvəl əsəbi olduğunu etiraf edib:
"Şənbə günü keçiriləcək qarşılaşmaya görə şadam. Amma etiraf edim ki,
həm də gərgin və əsəbiyəm. Bu, çox vacib və möcüzəvi bir gecə olacaq.
Kövrələcəyəm? Nə olacağını bilmirəm, amma maraqlı nəyinsə olacağını
gözləyirəm”.
Bir müddət əvvəl "Bavariya”nın sabiq baş məşqçisi Yupp Haynkes
bildirib ki, Lamın Bundesliqada mövsümün ən yaxşı oyunçusu seçiləcəyini
gözləyir. Futbolçu heç vaxt bu titula sahib çıxmayıb.