• çərşənbə axşamı, 16 aprel, 23:37
  • Baku Bakı 18°C

Əsəbiləşir - Karyerasının son oyunundan əvvəl

17.05.17 14:25 1013
Əsəbiləşir - Karyerasının son oyunundan əvvəl
"Bavariya”nın kapitanı Filip Lam peşəkar karyerasında keçirəcəyi son oyundan əvvəl açıqlama verib.
Kaspi.az xəbər verir ki, Lam son oyununu mayın 20-də "Frayburq”a qarşı keçirəcək. O, bu qarşılaşmadan əvvəl əsəbi olduğunu etiraf edib:
"Şənbə günü keçiriləcək qarşılaşmaya görə şadam. Amma etiraf edim ki, həm də gərgin və əsəbiyəm. Bu, çox vacib və möcüzəvi bir gecə olacaq.
Kövrələcəyəm? Nə olacağını bilmirəm, amma maraqlı nəyinsə olacağını gözləyirəm”.
Bir müddət əvvəl "Bavariya”nın sabiq baş məşqçisi Yupp Haynkes bildirib ki, Lamın Bundesliqada mövsümün ən yaxşı oyunçusu seçiləcəyini gözləyir. Futbolçu heç vaxt bu titula sahib çıxmayıb.
banner

Oxşar Xəbərlər