• şənbə, 20 Aprel, 02:44
  • Baku Bakı 15°C

Əsəbiləşdi - Belə olacağını bilsəydim, gəlməzdim

08.05.17 20:55 1276
Əsəbiləşdi - Belə olacağını bilsəydim, gəlməzdim
"Roma”nın baş məşqçisi Luçano Spalletti "Milan”la oyundan (4:1) sonra keçirilən mətbuat konfransında əsəbiləşib.

Komanda.az xəbər verir ki, Spalletti jurnalistlərin Totti ilə bağlı verdiyi sualdan sonra əsəbiləşib. Mütəxəssis "Milan”la oyunda Tottini ehtiyatda saxlayıb. O, bildirib ki, daim belə suallarla qarşılaşacağını bilsəydi, heç vaxt "Roma”ya gəlməzdi:

"Bütün bunlar məni məyus edir. Bilsəydim ki, belə olacaq, heç vaxt "Roma”ya gəlməzdim. Həmişə söhbəti eyni mövzu ilə bitiririk. Bu komanda qələbədən zövq almalıdır, ancaq biz yenə də o mövzu haqqında danışırıq.

Əgər Tottini son 5 dəqiqədə meydana buraxsaydım, mətbuat yazacaqdı ki, "Roma”nın əfsanəsinə qarşı hörmətsizlik edirəm. Meydana buraxmıram, yenə də tənqid olunuram.

Biz əl komandayıq. Bu gün rekord müəyyənləşdirdik. 6 dəfə dalbadal A seriyasında səfər oyunlarında qalib gəlmişik. Hətta bəzi oyunlarda yaxşı oynamayıb qalib gəlsək də, bu statistika tarixdə qalacaq”.



banner

Oxşar Xəbərlər