• cümə, 29 Mart, 06:33
  • Baku Bakı 5°C

Əsas şərt məqsədlərə tez bir zamanda nail olmaq, islahatlarla ayaqlaşmaqdır

08.10.19 15:52 743
Əsas şərt məqsədlərə tez bir zamanda nail olmaq, islahatlarla ayaqlaşmaqdır
Yeni Baş nazirimiz ölkə Prezidentinin rəhbərliyi altında yürüdülən sosial iqtisadi islahatların daha səmərəli həyata keçirilməsinə öz töhfəsini verəcək.
Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Onun sözlərinə görə, dövlətin idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması üçün kadr sahəsində uğurlu islahatlar aparılır və bu, bundan sonra da davam etdiriləcək:
"Azərbaycanın yeni Baş Naziri vəzifəsinə Əli Əsədovun təyinatı Prezident İlham Əliyevin səlahiyyətlərinə daxildir. Prezident ölkədə aparılan islahatları nəzərə alaraq, bu posta qarşıya qoyulan məqsədlərə daha tez çatmağa nail ola biləcək bir namizəd irəli sürüb və o, bu məqsədlərə daha tez nail olacaq. Milli Məclis də bu təyinata razılıq verib. Bundan əvvəl də biz Prezidentin apardığı kadr siyasətinin uğurlu olmasının şahidi olmuşuq. Əminəm ki, Yeni Baş nazirimizin enerjili olması daha fəal işləməsinə kömək edəcək. Bu gün ölkəmizdə geniş islahatlar həyata keçirilir. Bu islahatlar onun rəhbərliyi altında daha da genişlənərək yeni sahələri əhatə edəcək".
Deputat əlavə edib ki, hazırda Baş Nazir vəzifəsinin icrası zamanı əsas şərt effektivlik, qarşıya qoyulan məqsədlərə tez bir zamanda nail olmaq, islahatlarla ayaqlaşmaqdır.
Qeyd edək ki, Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılığın verilməsi barədə qərar qəbul edilib.
banner

Oxşar Xəbərlər