• cümə axşamı, 25 aprel, 13:53
  • Baku Bakı 23°C

Əsas hədəf Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır

09.08.18 23:20 1029
Əsas hədəf Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır
12 avqust beynəlxalq gənclər günü münasibəti ilə Azərbaycan–Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubunun təşkilatçılığı ilə "Bakı – Moskva” arasında telekörpü baş tutub. Telemostda Bakı studiyasından politoloq Zaur Məmmədov, İrəli Gənclər Birliyinin departament rəhbəri Anar Qurbanov, Rusiya–Azərbaycan Gənc ekspertləri və jurnalistləri klubunun nümayəndəsi Araz Dövlatov, Gənc elçilər və Bakı Gənclər Klubunun nümayəndəsi Sabir Rüstəmov, AİSEC təşkilatından Gülxanım Məmmədova iştirak ediblər. Rusiyadan isə, Rusiya Gənclər Birliyinin xarici əlaqələr departamentinin rəhbəri Aleksey Yejov, dosent Viktoriya Çernikova, Vahid Rusiya partiyasının "Molodaya qvardiya” təşkilatının üzvləri iştirak ediblər.
Politoloq Zaur Məmmədov çıxışında gənclərimizin bugünku durumuna toxunub: "Bu gün Azərbaycan gəncləri regionun və qonşu ölkələrin gənclərindən geri qalmırlar, hətta irəlidədirlər. Bütün beynəlxalq yarışlarda gənclərimiz yüksək nəticələr göstərirlər. Bu gün gənclərimizin potensialından istifadə etmək üçün dünyanın müxtəlif yerlərindən, təhsil aldıqları ölkələrdən orada qalıb fəaliyyət göstərmələri üçün təkliflər edilir. Azərbaycan gəncləri müxtəlif təşkilatlar altında fəaliyyətlərini davam etdirirlər. Onların əsas hədəfi Azərbaycanın haqq səsini digər ölkələrdəki gənclərə çatdıra bilməkdir”.
Anar Qurbanov və Sabir Rüstəmov ölkəmizdə gənclər siyasətinin uğurla aparılmasından, dövlət tərəfindən fəal gənclərə verilən müxtəlif dəstək proqramlarından söz açıblar. Qeyd olunub ki, müasir münaqişələrdə ən güclü savaş məhz informasiya savaşıdır. Qloballaşan dünyada dolğun və operativ informasiyanın əldə edilməsinin yollarından biri də gənclər üzərindəndir. Təcrübə göstərir ki, digər mübarizə metodlarına nisbətən informasiya mübarizəsi nailiyyət əldə etmək üçün daha effektivdir. Bu məqsədlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində "yumşaq güc” strategiyasından istifadə prioritet təşkil etməlidir. Region ölkələrinin gənc liderlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə düzgün məlumatlandırılması olduqca əhəmiyyətlidir.
banner

Oxşar Xəbərlər