“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yük avtomobili olan şəxslərə və dükan sahiblərinə müraciət edib
Şəxsi
yük avtomobili olan şəxslərin və dükan sahiblərinin nəzərinə!
"Ərzaq Məhsullarının
Tədarükü və Təchizatı” ASC tərəfindən ölkə başçısının satış şəbəkələrinin
yaradılması və genişləndirilməsi barədə tapşırıqları əsas götürülərək istehsalçıların min bir zəhmət
hesabına istehsal etdikləri məhsulların operativ satışının təmin olunması, ölkənin
iri şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Şirvan və Mingəçevir və s.) əhalinin
keyfiyyətli və ucuz ərzaq məhsulları ilə təmin olunması məqsədilə fermerlərdən
tədarük edilmiş məhsulların səyyar satışının təşkil olunması işlərinə
başlamışdır.
Müvafiq
tələblərə cavab verən yük avtomobili və dükanı olan şəxsləri səyyar satış işlərində
əməkdaşlığa dəvət edirik.
Yük
avtomobili texniki baxımdan saz vəziyyətdə və tutumu 5 tona qədər olmalıdır.
Səhmdar
Cəmiyyət tərəfindən tətbiq ediləcək güzəştlər:
- Müvafiq icra hakimiyyəti orqanları tərəfindən
səyyar satış üçün tələb olunan xüsusi icazələrin alınması;
- Səyyar satış üçün zəruri xərcələrin təmin
olunması;
- Növündən asılı olmayaraq məhsulların
topdansatış qiymətinə verilməsi.
Maraqlananların
daha geniş məlumat almaları və müqavilə bağlamaları üçün aşağıdakı ünvana
müraciət etmələri xahiş olunur.
Ünvan: "Ərzaq məhsullarının tədarükü və təchizatı”
Açıq Səhmdar Cəmiyyəti, Bakı ş., Qaradağ rayonu, Lökbatan q., Xocahəsən yolu 57
(Meyvəli Loqistika Mərkəzi). Əlaqə telefonu: 012 555 04 14