• cümə axşamı, 25 aprel, 12:36
  • Baku Bakı 23°C

Ərzağın pərakəndə satış qiymətlərində artım yoxdur - Nazirlik

05.12.13 11:51 1322
Ərzağın pərakəndə satış qiymətlərində artım yoxdur - Nazirlik
Azərbaycanda Tarif Şurasının son qərarından sui-istifadə hallarının qarşısının alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında qiymətlərin monitorinqinin əhatə dairəsini və intensivliyini daha da artırıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, son iki günün monitorinqləri istehlak bazarında ərzaq mallarının pərakəndə satış qiymətlərində artımın olmadığını göstərir. Bununla yanaşı, Dövlət Xidməti tərəfindən istehlak bazarında intensiv nəzarət tədbirləri davam etdirilir.
Nazirlikdən bildirilib ki, görülən işlərin daha səmərəli olması və operativ tədbirlərin görülməsi üçün istehlakçılardan 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
banner

Oxşar Xəbərlər