• şənbə, 20 Aprel, 12:34
  • Baku Bakı 23°C

Erotik səhnəyə çəkildiyi iddia olunan aktrisadan sərt sözlər

06.08.13 12:57 5561
Erotik səhnəyə çəkildiyi iddia olunan aktrisadan sərt sözlər
Tanınmış aktrisa Vəfa Zeynalova rejissor Yavər Rzayevin ərsəyə gətirdiyi “İlahi məxluq” filmində erotik səhnəyə çəkilməsi barədə mətbuata münasibət bildirsə də ürəyi soyumayaraq bu gün sosial şəbəkədəki şəxsi profilində mətbuata səslənib.
Yazdığı şərhdə aktrisa jurnalistləri günahlandıraraq, oxucu toplmaq istədikləri üçün hər üsula əl atdıqlarını söyləyib: “Əziz dostlar hər birinizin fikrinə hörmətlə yanaşıram. Bir ay çəkməz ki, biz Macarıstanda festivalda (Gənclər festivalında) iştirak etdik. O zaman ermənilər qondarma Qarabağ bayrağı qaldırdıqlarına görə mən və bir neçə vətəndaşlarımız böyük mübahisələrdən sonra nəinki bayrağı endirtdik, həmçinin də erməni dəstəsini festivaldan uzaqlaşdırdıq. Mənə çox maraqlıdır ki, nəyə görə bizim jurnalistlərə bu böyük işimiz maraqlı gəlmədi, mənim filmdə çəkildiyim kiçicik bir epizodu bu qədər bəzəyib-düzəyib şişirdirsiniz. Əgər oxucu dilənirsinizsə inanın mənə bizim gördüyümüz bu böyük işdən yazsaydınız daha çox oxucu toplamış olardınız”.
banner

Oxşar Xəbərlər