• cümə axşamı, 18 aprel, 09:23
  • Baku Bakı 12°C

Ərdoğandan Avropaya sərt xəbərdarlıq

26.11.16 09:49 1212
Ərdoğandan Avropaya sərt xəbərdarlıq
Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər kritik həddə çatıb. Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqları dondurması qardaş ölkədə şok effekti doğurub. Türkiyə rəsmilərinin Avropa rəsmilərini, parlamentini kəskin tənqid edən bəyanatlarının ardı-arası kəsilmir. Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı isə daha sərt olub. O, Avropa İttifaqının Türkiyə əleyhinə siyasətdə "irəli gedəcəyi” təqdirdə, Aİ sərhədlərinin qaçqınlar üçün açılacağı ilə hədələyib.

Prezidentin sözlərinə görə, Avropa Parlamentinin qətnaməsi mənasızdır. Dövlət başçısı qeyd edib ki, Avropanı Aİ ölkələrinə qaçqın axını təhlükəsi narahat etməsəydi, heç Suriya böhranına da əhəmiyyət verməzdi: "Siz insanlığa münasibətdə heç vaxt səmimi olmadınız. Toplanıb gəliblər bir araya, 30-40 nəfər qərara yox deyir, 400 nəfər hə deyir. Lap cəminiz "hə” deyin, bizim üçün nə fərq edir ki?! Daha irəli getsəniz, sərhəd qapılarımızı açarıq, bunu bilin.53 ildir ki, Türkiyəyə Avropa İttifaqının qapısını açmayanlar bizi sanksiyalarla təhdid edir. 14 ildə batdıqmı, çökdükmü? Ancaq inkişaf etdik. Unutmayın ki, Qərbin Türkiyəyə ehtiyacı var. Hazırda 3 milyon qaçqını yerləşdirən, bəsləyən Türkiyədir. Avropa indiyə qədər qaçqınlara yardımla bağlı bizə verdiyi vədləri yerinə yetirmədi. Türkiyə qaçqınlara öz qapılarını Avropa İttifaqından yardım gələcəyini düşünərək açmayıb. Biz o insanları bombalardan xilas olmaları üçün qəbul etdik. İndiyə qədər BMTTürkiyədəki qaçqınlar üçün 550 milyon dollar, Avropa İttifaqı 700 milyon dollara qədər vəsait göndərib. Türkiyə dövləti isə 15 milyard dollar xərcləyib. Qeyri-hökumət təşkilatlarının xərclədiyi vəsaitləri bura daxil etmirəm”.
"Aİ ölkələrini zəhərləyən iki təşkilat var”
Prezidentin ardınca baş nazir BinəliYıldırımda Avropa Parlamentinin qəbul etdiyi qərarın Türkiyə üçünheç bir əhəmiyyətinin olmadığını bildirib. Binәli Yıldırım: "Başqalarının yol göstərməyə çalışması bizim xarakterimizə uyğun deyil. Biz öz qərarını özü verən, ən böyük dayağı millət olan bir ölkəyik, azadlığımızı, istiqlalımızı canımız qədər əhəmiyyətli bilmişik. ŞanxayƏməkdaşlıq Təşkilatı Avropa İttifaqının alternativi kimi qiymətləndirilməlidir. Biz həm Şərqlə,həm də Qərblə münasibətlərimizi inkişaf etdirməliyik” deyib.

Avropa ParlamentininTürkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul etməsi haqda bir sualı cavablandıran B.YıldırımTürkiyə ilə Aİ arasındakımünasibətlərin bir müddətdir gərgin olduğununsirr olmadığını bildirib. Aİ-də baş verən proseslərin təəssüf ki, Türkiyə ictimaiyyətindəki real vəziyyəti əks etdirmədiyini deyən YıldırımAİ ölkələrini zəhərləyən iki təşkilatın olduğunu, birinin PKK və onun qolları, digərinin də Fәtullahçı Terror Təşkilatı (FETÖ) olduğunu qeyd edib. Yıldırım bu təşkilatların amansız bir şəkildə Avropada Türkiyəni qaralama kampaniyası apardıqlarını ifadə edib. Türkiyənin yerləşdiyi geosiyasi regionun və coğrafi şərtlərin əhəmiyyətinə işarə edən Binəli Yıldırım Türkiyənin həm Avropa, həm Asiya qitəsində yerləşdiyini xatırladıb. B.Yıldırım Türkiyənin Rusiya, Cənubi Qafqaz, Yaxın Şərq və Afrika ilə münasibətlərini inkişaf etdirdiyini deyib.
Avropa Parlamentinin qərarı populist addımdır
Baş nazirin ardınca, onun müavini Məhmət Şimşək bildirib ki, Avropa Parlamentinin qərarı populist addımdır. O, üzvlük müzakirələrini müvəqqəti dondurmaq qərarını sərt qınayıb. Nazir müavini, həmçinin qərarla bağlı "zərərverici” və "ümidqırıcı” kəlmələri də işlədib. Baş nazirin müaviniNuman Kurtulmuş isə ‘‘Avropa Parlamentinin qəbul etdiyi qərarın bizim üçün heç bir əhəmiyyəti yoxdur’’ deyə bildirib. 15 iyuldan sonra cərəyan edən proseslərin bu şəkildə qərarın qəbul olunması ehtimalını doğurduğunu qeyd edən Kurtulmuş: "Avropabu təşkilata qarşısiyasigücününümayiş etdirmədi və bizə çox az dəstək verdi” - deyə əlavə edib.
Qətnamə tövsiyə xarakteri daşıyır
"Avropa Parlamentinin qətnaməsi tövsiyə xarakteri daşıyır”. Bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri və müşaviri Ömər Çelik deyib. "Qərarın qəbulu Türkiyəyə qarşı ikili standartlardan qaynaqlanır. İttifaqın daxilində dəyərlərin böhranı mövcuddur. Avropa demokratiyanı bizdən öyrənməlidir”, - deyə nazir bildirib. Nazir qərarın vizion məhrumu, siyasi əsassızlıq ehtiva etdiyini söyləyib: "Qərarı yox hökmündə hesab edirik. Avropa Parlamenti belǝ bir qərarı imzalayaraq etibarına ağır zərbə endirmişdir. AP-ni çoxsəslilik nümayəndəsi kimi gördük. Lakin mövzu Türkiyə olduqda, bu çoxsəslilik itir vǝ homogen bir təşkilata çevrilir. Reallığa zidd olduğu məzmunundan başa düşülən qərar, qeyri-ciddidir, hüquqi hökmü yoxdur. Bu, prezident Rəcəb Tayyib Ərdoğana mesaj vermək üçün qəbul edilib. Lakin mesaj çatdırılması lazım olan AP-dir. Bizə mesaj vermək istəyənlər parlamentin qərarı ilǝ verdikləri mesajın Kapıkulǝ sərhəd keçid məntəqəsindən içəri daxil olmayacağını anlamalıdırlar. Bu bizim etibar göstərəcəyimiz mesaj ola bilməz. Bu gün bu qərarı qəbul edənlər, Fǝtullahçı Terror Təşkilatının 15 iyul çevriliş cəhdindən sonra Türkiyənin yanında yer almadıqları kimi, miqrantların önünǝ məftillər çəkilməsinə də biganə qalanlardır”.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Avropa Parlamenti Türkiyə ilə bağlı qəbul etdiyi qərarla özünü alçaldır.
Rusiyadan Türkiyəyə dəstək
Maraqlısı odur ki, Türkiyəni bu məsələdə Rusiya dəstəkləyib. Avropa Parlamentinin bir gün fərqlə Rusiya və Türkiyə barədə qəbul etdiyi qərarlar Ankara və Moskvanı bir-birinə yaxınlaşdırır. Bu sözləri Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Dmitri Puşkov deyib. "Avropa Parlamenti Aİ üçün önəmli olan iki ölkə ilə bağlı qərarlar qəbul etdi. Bu, dargörüşlülüyün nəticəsidir. Moskva və Ankaranın bir-birinə yaxınlaşması üçün bundan daha yaxşı fürsət yoxdur”, - Rusiya rəsmisi qeyd edib.

"Avropa Parlamentinin Türkiyə ilə bağlı qəbul etdiyi qərar məni təəccübləndirmədi”. Bu sözləri isə Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov Rossiya-24-ə açıqlamasında deyib. "Qərar məni təəccübləndirmir. Türkiyəni Aİ-yə qəbul etməyəcəklər. Çünki avropalılar Ankaranın özləri üçün yük olacağını anlayır”, - kommunist lider vurğulayıb.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər