• çərşənbə, 24 Aprel, 08:02
  • Baku Bakı 13°C

“Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərilir”

26.04.17 22:03 933
“Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərilir”
YAP Binəqədi rayon Təşkilatının akt zalında Binəqədi rayon İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə "26 aprel - Çernobıl faciəsi”nin 31 ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə vətən, torpaq uğrunda həlak olan şəhidlərimizin və Çernobıl faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva faciənin tarixi haqqında çıxış edərək, bu gün dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Natiq çıxışında bildirib ki, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayan və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərən dövlətimiz bu gün bütün dünyaya sülh mesajını verən dövlətlərdən biridir.
Daha sonra çıxış edənlər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Çernobil Əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri Məhərrəm Əliyev, Çernobil əlili Xudadat Əliyev faciə haqqında danışaraq, dövlətimizin faciə qurbanlarına göstərdikləri diqqət və qayğıdan xüsusi bəhs ediblər. Natiqlər çıxışlarında qəza zamanı əsasən gənclərdən ibarət 7 min nəfərdən çox Azərbaycan vətəndaşının iştirak etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, həmin şəxslərin böyük əksəriyyəti elə oradaca həlak olublar. Sağ qalanları isə ömürlük əlil və ya ağır xəstəliklərə tutulublar. Natiqlər çıxışlarının sonunda Çernobıl faciəsi səbəbindən dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara isə şəfa diləyiblər.
Tədbir Çernobil Əlilləri Cəmiyyətinin üzvlərinin müzakirəsi əsasında yekunlaşıb.
banner

Oxşar Xəbərlər