Ernandesin “çəkicdöyən”liyi rəsmiləşdi
"Bayer”in hücumçusu Xavyer Ernandes karyerasını İngiltərə Premyer
Liqasında davam etdirəcək.
Kaspi.az xəbər verir ki, Ernandes Londonun "Vest Hem” klubu ilə
müqavilə bağlayıb. O, "çəkicdöyənlər”lə 3 illik anlaşma imzalayıb. Futbolçu
məsələyə belə münasibət bildirib:
"Bu, sadə qərar oldu. "Vest Hem” böyük tarixi və ambisiyası olan
klubdur. Mən İspaniya və Almaniyada 3 fantastik il keçirdim. İngiltərə isə
mənim karyeramda əsas yer tutur. Qayıtdığım üçün xoşbəxtəm”.
Ernandes 2010-2015-ci illərdə "Mançester Yunayted”in şərəfini
qoruyub.