• şənbə, 27 Aprel, 08:30
  • Baku Bakı 12°C

Ermənistanla əlaqələrə etirazına görə tutulan höccətülislam azadlıqda

30.01.14 11:37 925
Ermənistanla əlaqələrə etirazına görə tutulan höccətülislam azadlıqda
APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, höccətülislam Əbdüləziz Əzimi Qədim yanvarın 29-da həbs cəzasını tamamladıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb.
Qeyd edək ki, Ə. Qədim 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Azərbaycanlı fəal bir müddət İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanılıb. O, daha sonra - 2013-cü il fevralın 10-da Təbriz həbsxanasına köçürülüb, martın 24-də isə zəmanətlə sərbəst buraxılıb.
Ə. Qədim din xadimi olduğundan, onun məhkəmə prosesi iyulun 1-də Təbriz Ali Ruhaniyyət Məhkəməsində baş tutub. Azərbaycanlı fəala qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq və icazəsiz aksiyada iştirak etmək ittihamları irəli sürülüb. Məhkəmə prosesi qapalı və vəkilsiz keçirilib. Ə. Qədim vəkillə təmin edilməyib. Azərbaycanlı din xadimi 7 ay 1 gün azadlıqdan məhrum edilib. Azərbaycanlı din xadimi 2013-cü il sentyabrın 18-də həbs cəzasını çəkməsi üçün Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb.
O, əvvəllər də həbs edilib, “Amnesty İnternational” Təşkilatı onunla bağlı 2005-2006-cı illərdə üç dəfə ayrıca bəyanat verib.
banner

Oxşar Xəbərlər