• cümə, 19 Aprel, 03:50
  • Baku Bakı 18°C

Ermənistanın Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur

24.04.19 13:07 384
Ermənistanın Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur
Ermənistanın və erməni diasporunun bir sıra qərb ölkələrinin parlamentləri vasitəsilə Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur.
Bunu Trend-ə özəl olaraq Türkiyə Prezidenti Administrasiyasından deyiblər.
Məlumatda qeyd olunur ki, Ermənistan qondarma "soyqırımı” barədə uydurmaları ilə Türkiyəyə təzyiq göstərmək iqtidarında deyil.
Administrasiyadan bildiriblər ki, Ermənistan 1915-ci il hadisələrinin "erməni soyqırımı” olması barədə heç bir sübut təqdim edə bilmir:
"Bir sıra qərb ölkələrinin parlamentlərinin 1915-ci il hadisələrinin "erməni soyqırımı” kimi qəbul etməsi, o hadisələr barədə həqiqətin aşkar olunmasına mane olur”.
banner

Oxşar Xəbərlər