Ermənistanın təxribatları səngimir
Ermənistan
silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gün ərzində
atəşkəs rejimini 106 dəfə pozub.
Azərbaycan
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun
Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım
kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz
atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt,
Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Sarıcalı,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Aşağı Seyidəhmədli,
Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.