• çərşənbə axşamı, 16 aprel, 12:10
  • Baku Bakı 19°C

Ermənistanın Rusiya ilə problemlərinin yaranması işğalçı ölkənin tənəzzülünü daha da sürətləndirəcək

16.08.18 19:07 341
Ermənistanın Rusiya ilə problemlərinin yaranması işğalçı ölkənin tənəzzülünü daha da sürətləndirəcək
Ermənistanın indiki rəhbərliyinin "günahları” sırasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovu Rusiya ilə məsləhətləşmədən cinayət məsuliyyətinə cəlb etməsini, hətta barəsində ev dustaqlığı qərarı çıxarmasını qeyd etmək yerinə düşər.
Bu sözləriAZƏRTAC-a analitik-icmalçı Ehtiram Aşırlı deyib.
E.Aşırlı bildirib: "Belə hərəkətlər KTMT-yə elə zərbə vurur ki, onu blokun üzvlərinə qarşı birbaşa hörmətsizlik kimi qiymətləndirmək olar. Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə Rusiyadan alınan silahları tərifləyir, onların modernizə edildiyini və müasir silahlar olduğunu deyir. Bundan başqa, David Tonoyan əlavə edir ki, Ermənistan ilə Rusiya arasında hərbi müttəfiqlik müqaviləsinə yenidən baxıla, eləcə də Rusiyanın bu ölkədəki hərbi bazasının gələcək taleyi və bəzi bəndlər oradan çıxarıla bilər.
Hesab etmək olar ki, Ermənistanın Rusiya ilə problemlərinin yaranması işğalçı ölkənin tənəzzülünü daha da sürətləndirəcək. Çünki Ermənistanın bir dövlət olaraq mövcudluğu sırf Rusiyadan asılıdır”.
banner

Oxşar Xəbərlər