• cümə axşamı, 28 mart, 16:19
  • Baku Bakı 16°C

Ermənistanın qonşularına qarşı növbəti hörmətsizliyi

04.10.18 19:20 1049
Ermənistanın qonşularına qarşı növbəti hörmətsizliyi
Zaman-zaman azərbaycanlıların yaşadığı torpaqlara köçürülən ermənilər yerli əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. "Gəmiyə minib gəmiçi ilə dava-dalaş etmək” xislətinə sahib ermənilər bu yolla dənizdən-dənizə "Böyük Ermənistan” yaratmaq xülyasına qapılıblar. Xain qonşularımız bu məqsədə çatmaq üçün imperialist güclərin dəstəyindən yetərincə yararlanıblar. Böyük dövlətlərin əlində maşa rolunu oynayan ermənilər ümumilikdə iki əsr ərzində minlərlə, on minlərlə azərbaycanlını qətlə yetiriblər. Özgə torpaqlarında yaradılan Ermənistan adlı dövlət də qonşularına qarşı əsassız ərazi iddiaları ilə çıxış edib.Əfsuslar olsun ki, Ermənistanın işğalçılıq, qəsbkarlıq, soyqırımı və deportasiya siyasətinə dünya birliyi yalnız seyrçi mövqedən yanaşır. Əgər belə olmasaydı, Cənubi Qafqazda kiçik bir dövlətin azsaylı xalqı tərəfindən ümumilikdə region gərginlik ocağına çevrilməzdi. Uydurma əfsanənin köləsi olan ermənilər və onların hazırkı dövləti Ermənistan Türkiyə və İrana qarşı da ərazi iddiaları ilə çıxış etməkdədir. İşğalçı dövlətin rəmzlərində təmsil olunan "xəritələrdə” Türkiyənin və İranın əraziləri ermənilərin "böyük dövlət”inin ərazisi kimi təqdim olunur. Hətta Ermənistandakı ictimai nəqliyyatda, o cümlədən metroda "Böyük Ermənistan”ı əks etdirən xəritələr nümayiş olunur.
Yəni, XXI əsrdə, müasir dövrdə də Ermənistan beynəlxalq prinsipləri ayaq altına atır, işğalçılıq siyasətini davam etdirir. Misal üçün, 2008-ci il avqustun 8-də Gürcüstanın Abxaziya və Şimali Osetiya ərazilərində separatizm baş qaldırıb, müharibə ocağı yaranıb. Rus qoşunlarının köməyi ilə həmin ərazilərə nəzarəti təmin edən separatçılar sonradan öz "müstəqilliklərini” elan ediblər. Bununla da Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində yaradılan "respublika” kimi Gürcüstan ərazisində də iki qondarma qurum meydana gəlib. Gürcüstan ərazisində yaşayan ermənilər həmin vaxt öz dövlətlərinin mövqeyini müdafiə etmək, çörəyini yeyib, suyunu içdikləri ölkənin təəssübünü çəkmək əvəzinə, separatçılara dəstək nümayiş etdiriblər. Hətta Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər də öz "müstəqilliklərini” elan etmək barədə çağırışlar ediblər.

Bir neçə gün bundan öncə ermənilərin qonşu Gürcüstanla əlaqəli davranışları, bu ölkənin ərazi bütövlüyünə açıq-aşkar hörmətsizliyi Ermənistanın işğalçı mahiyyətini növbəti dəfə ortaya qoyub. Ermənistan Gürcüstanın Abxaziya ərazisində yaradılan separatçı rejimin 25 illiyi ilə bağlı xüsusi canfəşanlıq nümayiş etdirib.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Xocalıdan olan millət vəkili Elman Məmmədov mövzu ilə bağlı fikirlərini bölüşərkən deyib ki, "Böyük Ermənistan” yaratmaq xülyası, işğalçılıq siyasəti Ermənistanın Konstitusiyasında əks olunub. Deputatın sözlərinə görə, Ermənistanda və dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər tərəfindən yazılan romanlarda, məqalələrdə, kitablarda bu xülya geniş təbliğ olunur. O qeyd edib ki, ermənilərin son olaraq Gürcüstana qarşı xəyanət etmələri onların bu xülyadan əl çəkmədiklərini bir daha sübut edir: "Vaxtilə Suxumi uğrunda gedən döyüşlərdə ermənilər tərəfindən "Baqration batalyonu”nun gürcülərə qarşı vuruşduğu hər kəsə aydındır. Həmin batalyon döyüşlərdə gürcülərə qarşı xüsusi qəddarlıq göstərib. Bu tarixi faktı hamı yaxşı xatırlayır. Bu gün isə ermənilər Gürcüstanın Cavaxetiya regionuna ərazi iddiaları irəli sürürlər. Ona görə də Gürcüstan rəhbərliyi baş verənlərdən nəticə çıxarmalı, ermənilərə qarşı addımlar atmalıdır. Ərazi iddiası ermənilərdə bir xəstəlik halındadır. Hətta onların siyasətçiləri də bu xəstəliyə tutulublar. Açıqlamalarında Türkiyə, Gürcüstan, İran və digər ərazilərin "Böyük Ermənistan”a aid olduqlarını bildirirlər. Onları bu xəstəlikdən yayındırmaq üçün güc tətbiq edib, dərslərini verməkdən başqa çarə yoxdur. Çünki onlar hara ayaq bassalar oranı öz adlarına çıxıb sahiblənmək iddiasına düşürlər. Misal üçün, ermənilər tarixən, elə indinin özündə də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarında olublar. Eyni zamanda, Ermənistanın İrana qarşı da ərazi iddiaları var. Hesab edirəm ki, ermənilərin qonşu ölkələrə ərazi iddialarına sərt şəkildə qarşılıq verilməlidir”.

Hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov da bədnam qonşumuzun daim "Böyük Ermənistan” xülyası ilə yaşadığını dilə gətirib. Deyib ki, bu, Ermənistanın işğalçılıq niyyətlərindən əl çəkmədiyini nümayiş etdirir. Professor bildirib ki, Ermənistanda Azərbaycan torpaqlarında yaradılan qondarma rejimin rəhbərinin öz "həmkarına” Abxaziyanın yaradılması ilə bağlı təbrik məktubu göndərməsi faktı Ermənistanın, ermənilərin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmədiyini ortaya qoyur: "Bütün cəhdlərə rəğmən, Ermənistanın öz xülyasını reallaşdırmaq üçün heç bir şansı yoxdur. Buna beynəlxalq hüquq imkan vermir. Tarixən Ermənistan qonşu dövlətlərinə qarşı ərazi iddialarında olub və bu iddiaları sayəsində də özünə dövlət qurub. Belə olan halda, öz xülyalarını gerçəkləşdirmək üçün heç bir ölkə onları müdafiə etməyəcək. Ayrı-ayrı şəxslərin Ermənistanı müdafiə etməsi isə heç bir anlama gəlmir”.
Alpər TURAN

banner

Oxşar Xəbərlər