• cümə, 26 Aprel, 23:34
  • Baku Bakı 22°C

“Ermənistanın Qarabağ separatçılarına dəstəyi daha ciddi təhlükələrə gətirib çıxara bilər“

15.07.20 14:15 594
“Ermənistanın Qarabağ separatçılarına dəstəyi daha ciddi təhlükələrə gətirib çıxara bilər“
"Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmaçox təhlükəlidir".
Bunu"Report”un yerli bürosuna açıqlamasında Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin prezidenti Naim Asas bildirib.
Onun sözlərinə görə, münaqişənin həlli üçün danışıqlara məsuliyyət daşıyan tərəfdaşların, xüsusilə Fransanın laqeydliyinin nəticələri bu gün özünü göstərir və bundan da artıq ağır ola bilər:"Uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar bir nöqtədə ilişib qalıb. HalbukiDağlıq Qarabağ münaqişəsi regional və beynəlxalq xarakter daşıyan bir məsələdir. 2016-ci ildən bəri münaqişə zamanı hər iki tərəfin ağır silahlardan istifadə etdiyi müşahidə edilib. Hətta Fransanın BMT Təhlükəsizlik Şurasına cari ilin iyun ayından sədrliyə başlamasından sonra belə beynəlxalq ictimaiyyət bu məsələdə susmaqda davam edir. Azərbaycan isə ATƏT-in Minsk qrupunu tərk edə biləcəyini açıqlayıb".
Ekspert deyib ki, Ermənistanın Dağlıq Qarabağdakı separatçıları dəstəkləməkdə davam etməsivəmünaqişənin həll edilməməsiregiondakı sabitliyə təhlükə yaradacaq:"Bu münaqişə Azərbaycan və Ermənistan arasında baş verir. Çünki Ermənistan Dağlıq Qarabağdakı separatçıları dəstəkləyir. Digər tərəfdən isə bu ərazi Azərbaycana məxsusdur. Bu münqişənin davam etməsi onun regional münaqişəyə çevrilməsi ilə nəticələnə bilər ki,bu da arzuolunmaznəticələrə gətirib çıxara bilər".
N.Asas vurğulayıb ki, münaqişəsiyasi danışıqlar yolu ilə həlloluna bilər: "Tərəfdaşlar danışıqlara hazırlıqlar görürlər. Danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində və bu formata digər üzvlərin də cəlb edilməsilə aparıla bilər".
banner

Oxşar Xəbərlər