AZE | RUS | ENG |

Ermənistanın qanunsuz silah alverində iştirakı...

Ermənistanın qanunsuz silah alverində iştirakı...
Britaniyalı ekspert: "Bu, beynəlxalq əhəmiyyətli fəsadlara səbəb olur"

"ABŞ-dan post-sovet məkanında Ermənistandan çox yardım alan ikinci ölkə yoxdur".
"Report” xəbər verir ki, bu barədə britaniyalı müəllif, ekspert Harold Keyn "Narko Qarabağ” ("Narco Karabakh”) kitabında yazıb.
Ermənistan Prezidenti Serj Sarqsyanın 2014-cü ildə ABŞ Prezidenti Barak Obamaya yazdığı məktubdan söhbət açan müəllif məktubun Birləşmiş Ştatlarla dostluğa nə qədər böyük əhəmiyyət verdikləri barədə "canfəşanlıq dolu çeynənmiş ibarələr”lə dolu olduğunu, lakin "dostluq əlini uzadaraq həmin Qafqaz milləti o biri əlində qumbara, hətta əslinə qalsa, bütöv bir cəbbəxana” saxladığını qeyd edir.
Müəllif vurğulayır ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Bridcit Brink müxtəlif proqramlar çərçivəsində Ermənistana humanitar və texniki yardım qismində 2 milyard diollardan çox vəsait verdiklərini, bunun da post-Sovet məkanında adambaşına ən böyük məbləğ olduğunu bildirib.
"Birləşmiş Ştatlar bu 2 milyard dolları xərcləyib post-sovet məkanında qazandıqları müttəfiqi dəstəklədiklərini güman edirdi. Ola bilsin, bu yolla Yerevanda Rusiyanın nüfuzunun artmasını əngəlləyiblər. Amma bu yardımlara baxmayaraq, böyük qərarlar vaxtı gələn kimi rəsmi Yerevan Moskvanın tərəfində durdu”, – müəllif yazır. O, 2015-ci ildə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarından sonra S.Sarqsyanın Avropa İttifaqına yox, Rusiya, Belarus və Qazaxıstanla yanaşı, Avrasiya İqtisadi Birliyinə qoşulacaqları barədə açıqlamasını misal gətirir.
Ermənistanın Rusiyadan silah almağa davam edərək "Moskvanın strateji peyki”nə çevrildiyi vurğulanır.
Dağlıq Qarabağ münaqişəsinə görə başqa ölkələrin Ermənistana silah satışına embarqo tətbiq etdiyi bir vaxtda Rusiya silah tədarüklərinə davam edib. Məsələn, 2005-ci ildə ABŞ hüquq mühafizə idarələri Yerevandan Artur Solomonyan adlı birisi və bir qrup şəxs Rusiya istehsalı qumbaraatanlar, "Stinger” raketləri, "AK-47” avtomatları və minaları ABŞ-a qaçaq yolla gətirdiklərinə görə bu ölkənin hüquq mühafizə idarələri tərəfindən həbs olunmuşdular. Belə ki, Federal Təhlükəsizlik Bürosu tərəfindən irəli sürülən ittihama görə, Solomonian Çeçenistanda rus hərbçilərindən satın alınaraq Ermənistana gətirilən silahlardan olan 200 qumbaraatanı qanunsuz yolla ABŞ-da satmaq istəyirmiş.
"Silah əlveri uzun müddət ərzində oralarda gəlirli biznesə çevrilmişdi. Yerli tacirlər arasında ad çıxaranlardan biri Jirair Səfilyan ölkəyə silah gətirərək ən yüksək qiymətə satırdı. Yerevanda bir çox əcnəbi qrupların dileri kimi tanınırdı”, – deyən kitab müəllifi həmin silah alveri şəbəkəsinin daha bir tanınmış siması olan qondarma Dağlıq Qarabağ rejiminin nümayəndəsi Samvel Babayanın Gürcüstan üzərindən İrana və başqa ölkələrə tədarük yolunu açdığını göstərir.
Britaniyalı araşdırmaçı yazır: "Ermənistanın qanunsuz silah alverindəki iştirakı artıq beynəlxalq əhəmiyyətli fəsadlara səbəb olur. Belə ki, 2018-ci ildə İspaniya polisi məhz silah qaçaqmalçılığı ilə bağlı erməni mafiyasına qarşı Madrid, Barselona, Valensiya, Alikante, Albasete şəhərlərində geniş miqyaslı əməliyyatlar aparmışdı”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8968
GEL 1 1 Gürcüstan larisi 0.6294
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1937
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1803
CHF 1 1 İsveçrə frankı 1.6664
KWD 1 1 Küveyt dinarı 5.5853
TRY 1 1 Türkiyə lirəsi 0.2888