• cümə axşamı, 18 aprel, 22:38
  • Baku Bakı 21°C

Ermənistanın növbəti pilotsuz uçan aparatı məhv edildi

29.07.15 11:06 1252
Ermənistanın növbəti pilotsuz uçan aparatı məhv edildi
Hadisə Ağdam istiqamətində baş verib

Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.
Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilib.
banner

Oxşar Xəbərlər