• cümə, 19 Aprel, 19:21
  • Baku Bakı 24°C

Ermənistanın NATO-ya müraciəti heç bir nəticə verməyəcək - Piter Teys

23.10.20 12:51 411
Ermənistanın NATO-ya müraciəti heç bir nəticə verməyəcək - Piter Teys
Ermənistanın NATO-ya müraciəti Yerevanın diplomatik həmləsinin daha bir mənasız cəhdidir və bu, Ermənistana uzunmüddətli perspektivdə heç bir nəticə gətirməyəcək.
Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
Onun sözlərinə görə, Ermənistan prezidenti geosiyasət anlayışını itirib:"Bir müddət əvvəl "France 24” telekanalına müsahibəsində o, ölkəsinin Rusiya ilə strateji əməkdaşlığı barədə bəyan edib, eyni zamanda kömək üçün NATO-ya müraciət edir. Ermənistan prezidentinin bu addımları Ermənistanın özünütəcrid siyasətini aydın göstərir”.
Ekspert bildirib ki, Ermənistan rəhbərliyi bütün dünyaya həm KTMT-də, həm də NATO-da iştirak etdiklərini göstərmək istəyir, bu isə Yerevanın diplomatik həmləsinin daha bir mənasız cəhdidir: "Ermənistanın əsas məqsədi Azərbaycan və onun xalqı haqqında dezinformasiya və böhtan yaymaqdır. Ermənistan Azərbaycanın suveren ərazilərində hərbi toqquşmalarda, Azərbaycan dinc sakinlərinə, o cümlədən qadın və uşaqlara hücumlarda KTMT-nin dəstəyinə malik deyil. NATO-nun isə Ermənistanın müdafiəsi üçün münaqişəyə müdaxilə etməyə heç bir hüquqi əsası yoxdur”.
banner

Oxşar Xəbərlər