• çərşənbə axşamı, 19 mart, 07:40
  • Baku Bakı 8°C

Ermənistanın keçmiş təbiəti mühafizə naziri axtarışa verilib

18.01.19 13:30 407
Ermənistanın keçmiş təbiəti mühafizə naziri axtarışa verilib
Ermənistanın keçmiş təbiəti mühafizə naziriAram Arutyunyanbarəsində axtarış elan edilib.
"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunuölkənin Xüsusi İstintaq Xidmətindən bildiriblər.
Keçmiş nazir böyük məbləğdə rüşvət almaqda ittiham olunur. O, 2007-ci ildə sahibkarSilva Ambartsumyana10xüsusi lisenziya verərək, ondan14milyon dollar rüşvət tələb edib. Sahibkar bu məbləğin6milyon dollarını tanışları vasitəsi ilə nəğd şəkildə verib.
S.Ambartsumyan qalan8milyon dolları isə Aram Artyunyanın Birləşmiş Ərəb Əmirliyindək qohumlarının hesabına köçürüb. Sabiq nazir aldığı rüşvətin real mənbəyini gizlətmək üçün daha sonrahəmin məbləği İsveçrədəki bank hesabına ötürüb.
Hazırda A.Arutyunyan axtarışdadır. Yerevanın Ümumi Məhkəməsi onun barəsində qiyabi olaraqhəbs qətiimkan tədbiri seçib.
banner

Oxşar Xəbərlər