• cümə, 29 Mart, 11:52
  • Baku Bakı 5°C

“Ermənistanın “İsgəndər” raketlərini vurmağa qadirik”

13.07.17 17:49 1075
“Ermənistanın “İsgəndər” raketlərini vurmağa qadirik”
"Azərbaycan Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda təcrübəsini öyrənir”. APA-nın məlumatına görə, bunu "RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziriZakir Həsənov deyib.

O, rusiyalı həmkarıSergey Şoyquilə dəfələrlə fikir mübadiləsi apardığını bildirib. "Dünyada hərbçilərin bütün son hərbi münaqişələrin öyrənilməsi təcrübəsi var. Şübhəsiz ki, biz Rusiyanın Suriyada hərbi əməliyyatlardakı təcrübəsini öyrənirik”, - deyə o vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan bu təcrübənin regionda tətbiqi imkanlarını araşdırır. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi Azərbaycan tərəfinə müvafiq məlumatlar təqdim edib. Həmin məlumatlar hazırda nəzərdən keçirilir.
Z.Həsənov bildirib ki, Azərbaycan Ermənistanda yerləşən "İsgəndər” komplekslərinin raketlərini vura biləcək raket əleyhinə silahlara malikdir."Müdafiə naziri olaraq bəyan edirəm ki, bizim "İsgəndər” raketlərinə qarşı sistemimiz var. Bizim də raketlərimiz var, onların sayı 50 dəfə çoxdur. Dediklərimə görə tam məsuliyyət daşıyıram. Təsəvvür edin, onlar bunu tətbiq etmək fikrinə düşsələr, hərbi hədəflərə və infrastruktura cavab atəşi necə olacaq?”, - deyə o vurğulayıb.

Z.Həsənov qeyd edib ki, Azərbaycan həmin raketləri Rusiyadan almasa da, keyfiyyət baxımından analoqlarından geri qalmır:"İsgəndər” yaxşı raket sistemidir. Lakin bir neçə sual var. İlk növbədə bu hansı "İsgəndər”dir?Onların bir neçə növü var. İkincisi, həmin "İsgəndər”lərin vəziyyəti necədir. Üçüncüsü, kim o "İsgəndər”ləri idarə edir. Dördüncüsü, onlar "İsgəndər”ləri tətbiq edə biləcəklərmi? Hərbçi olaraq, biz həmişə ən pis variantı nəzərdən keçiririk, ona hazırıq. Düzdür, biz o raketləri Rusiyadan almamışıq, lakin keyfiyyətinə görə heç də geri qalmır. Mən sizə deyim, biz döyüş atəşləri həyata keçirmişik, nəticə əladır. Əminik ki, yaşayış məntəqələri və Silahlı Qüvvələrimizi müdafiə edə bilərik".
banner

Oxşar Xəbərlər