• cümə, 19 Aprel, 11:58
  • Baku Bakı 13°C

“Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”

16.05.18 12:40 651
“Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
"Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyin yaranmasına mane olur”.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu AzərbaycanMilli Məclisinin spikeriOqtay ƏsədovQara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İstanbulda keçirilən zirvə toplantısında deyib.
Ölkələr arasındakı münasibətlərin dərinləşdirilməsində parlament diplomatiyasının önəminə toxunanOqtay Əsədovbu sahədə Azərbaycanın həm Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində, həm də ikitərəfli münasibətlərdə səmərəli işlər apardığını vurğulayıb.
Türkiyə, Azərbaycan və Gürcüstan arasında həyata keçirilən beynəlxalq layihələri xatırladanOqtay Əsədovbölgə ölkələri arasındakı münasibətlərin dərinləşdirilməsinə Ermənistanın işğalçılıq siyasətinin maneçilik törətdiyini deyib.
"Münaqişələr bölgənin çiçəklənməsinə maneələr yaradır. Bizim zorla cəlb edildiyimiz Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin həll edilməməsi nəinki ölkəmizin inkişafına mane olur, regionda və ümumən dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir. Əminik ki, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsi dövlətlər arasındakı münasibətlərin başlıca prinsipi olan sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində yaxın gələcəkdə həllini tapar. Ölkəmizə qarşı təcavüzün nəticələrinin aradan qaldırılması regional əməkdaşlığın yeni səhifələrini aça bilər”, - deyəOqtay Əsədovəlavə edib.
banner

Oxşar Xəbərlər