AZE | RUS | ENG |

“Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”

“Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
"Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyin yaranmasına mane olur”.
 
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İstanbulda keçirilən zirvə toplantısında deyib.
 
Ölkələr arasındakı münasibətlərin dərinləşdirilməsində parlament diplomatiyasının önəminə toxunan Oqtay Əsədov bu sahədə Azərbaycanın həm Qara  dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində, həm də ikitərəfli münasibətlərdə səmərəli işlər apardığını vurğulayıb.
 
Türkiyə, Azərbaycan və Gürcüstan arasında həyata keçirilən beynəlxalq layihələri xatırladan Oqtay Əsədov bölgə ölkələri arasındakı münasibətlərin dərinləşdirilməsinə  Ermənistanın işğalçılıq siyasətinin maneçilik törətdiyini deyib.
 
"Münaqişələr bölgənin çiçəklənməsinə maneələr yaradır. Bizim zorla cəlb edildiyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi nəinki ölkəmizin inkişafına mane olur, regionda və ümumən dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir. Əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövlətlər arasındakı münasibətlərin başlıca prinsipi olan sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində yaxın gələcəkdə həllini tapar. Ölkəmizə qarşı təcavüzün nəticələrinin aradan qaldırılması regional əməkdaşlığın yeni səhifələrini aça bilər”, - deyə Oqtay Əsədov əlavə edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000