Ermənistanın iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib
Ermənistanın iqtisadiyyat nazirinin müaviniVaros Simonyanvəzifəsindən azad edilib.
"Report"Sputnik Armenia”ya istinadən xəbər verir ki, Baş nazirNikol Paşinyanbununla bağlı fərman imzalayıb.
Digər fərmanla bu vəzifəyə Arşak Aslanyan təyin olunub.
Qeyd edək ki, V.Simonyan 2019-cu il avqun 22-də bu posta gətirilmişdi. O, bundan əvvəl Ermənistanın Avropa İttifaqındakı ticarət attaşesi işləyib.