• cümə, 19 Aprel, 16:01
  • Baku Bakı 25°C

Ermənistanın “inqilab qonaqlığı” bitdi

16.10.18 19:43 460
Ermənistanın “inqilab qonaqlığı” bitdi
Ermənistanın qalmaqallı baş naziri kimi ad çıxarmış Nikol Paşinyan populist açıqlama və bəyanatları ilə sadə erməni vətəndaşlarının gözündə yüksəlmək siyasətini davam etdirir. Bu dəfə o, hökumətin dünənki iclasından öncə deyib ki, Ermənistan "yeni tarixi dönəmə” girir və yazda başlanmış qeyri-zorakı məxməri inqilabı tamamlamalıdır: "Bu gün Ermənistan yeni mərhələyə qədəm qoyur. Bu mərhələnin əsas mahiyyətini belə xarakterizə etmək olar: onun nəticəsində biz yazda baş tutan məxməri inqilabı sona çatdırmalıyıq. Bu barədə mən axşam daha konkret danışacağam”. Onu da qeyd edək ki, baş nazir açıqlama verəndən bir gün sonra hökumət fövqəladə iclas keçirəcək. Ermənistan konstitusiyasına görə, baş nazir istefa verir, parlament iki həftə ərzində onun yerinə kimsəni təsdiqləyə bilmirsə, erkən seçkilər təyin olunur. Lakin artıq ölkə və onun hüdudlarından kənarda Ermənistanın gələcəyinin necə olacağı dumanlı təsir bağışlamaqdadır. Məsələn, Qərb mediası ölkədə yaşananları lağlağı edərək, baş verənləri belə qələmə verir – "Ermənistanın inqilab qonaqlığı bitdi”. "Foreign Policy”dərgisində Maksim Edvards Ermənistanda maydakı hakimiyyət dəyişikliyindən sonra yeni hökumətin korrupsiyayla mübarizəsindən söz açarkən bunları yazıb – "Ermənistanın yeni hökuməti korrupsiyanın kökünü kəsmək istəyir, amma köhnə rejim də savaşsız təslim olan deyil”. "Bir sıra keçmiş rəsmilərin, deputatların sərvətinin izinə düşülüb, onlara mənimsəmə, qanunsuz varlanma, sursat saxlama ittihamları irəli sürülüb. Hətta keçmiş baş nazir, ölkəni 10 il prezident kimi idarə etmişSerj Sarkisyanın qardaşı, mühafizəçisi belə saxlanıb. Ancaq deyəsən, köhnə qvardiya təslim olmaq fikrində deyil. Bu ayın əvvəlində Respublika Partiyasının dominantlıq təşkil etdiyi parlament erkən parlament seçkisini önləyəcək qanun layihəsi qəbul etdi və bu, Yerevanda əlavə etirazlara yol açdı. Parlament iki dəfə baş nazir seçə bilməsə, qanun onun buraxılmasına imkan verir. Lap qumar kimidir; Respublika Partiyasından olan deputatlar daha üzüyola birini baş nazir seçə, bu yolla seçkinin qarşısını ala bilərlər. Parlamentdəki "Çiçəklənən Ermənistan” kimi bəzi qruplar ayın əvvəlində bu ziddiyyətli qanun layihəsini dəstəklədi, amma sonradan Paşinyanın erkən seçki planının tərəfini saxladı...”– yazan müəllif hazırda Yerevanda ehtiyatlı nikbinliyin hökm sürdüyünü vurğulayır. "Hakimiyyətin keçidi zamanı ritorika tamamilə köhnə rejimə qarşı yönəlmişdi. Bu, yaxşı idi. Müsbət bir proqram əhalini böləcəkdi, baxmayaraq ki, heç kəs qohumbazlığın, yaxud korrupsiyanın tərəfdarı deyil”,– deyə Yerevandakı Qafqaz İnstitutundan Aleksandr İsgəndəryandeyib. "Dəstək azalınca yeni hökumət neyləyəcək? Korrupsionerlərə və korrupsiyaya qarşı mübarizə fərqli şeylərdir. İkincisi daha mürəkkəbdir. 30 korrupsioneri kənarlaşdırmaq cəmiyyəti dəyişməyəcək”,– deyə o, sözlərinə əlavə edib. Müəllif yazır ki, Ermənistan inqilabının ilk günlərində tanınmış oliqarxların həbsi camaatın yanğısıyla yaxşı uzlaşırdı. "İctimaiyyət antikorrupsiya mövzusunda nə dərəcədə bilgilidir, əmin deyiləm. Ermənistanlılar adətən korrupsiya deyəndə ölkəni talayan oliqarxları təsəvvürlərinə gətirirlər”, – deyə "Chatham House” beyin mərkəzindənAnahit Şirinyanbildirib. Məsələ bundadır ki, bəzi əsas oliqarxlar Paşinyan hökumətinin qəzəbindən kənar qala bilib və bu da hökumətin apardığı həbslərin selektiv olması iddialarına yol açıb. "Söhbət ancaq pis oliqarxlardan gedə bilməz. Ermənistanda universitetlərdən tutmuş xəstəxanalara qədər çox yerdə korrupsiya yayılıb. Buna qismən ictimai-mədəni problem kimi də baxılır”,– London İqtisadiyyat MəktəbindənArmine İşkanyandeyib.
Yeri gəlmişkən, ekspert dairələrində prezident Armen Sarkisyanın gözlənilmədən Rusiya səfər etməsi geniş müzakirə olunur və bu səfərin bir çox sualların yaranmasına səbəb olduğu vurğulanır. Qeyd olunur ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinin planlaşdırıldığı bir vaxtda Sarkisyanın Moskvaya səfər etməsi ayrı bir məna kəsb edir. Bu səfər Kremlin seçkilərə müdaxilə etmə ehtimalının yüksək olması ilə əlaqələndirilir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər