• cümə axşamı, 25 aprel, 03:53
  • Baku Bakı 19°C

Ermənistanın hərbi cinayətləri haqqında hesabat təqdim olunub

13.10.21 14:45 408
Ermənistanın hərbi cinayətləri haqqında hesabat təqdim olunub
Cenevrədə BMT İnsan Hüquqları Komitəsinin 113-cü sessiyası öz işinə başlayıb. Sessiyada Ermənistanın BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt üzrə 3-cü Dövrü Hesabatı dinlənilib.

Kaspi.az-ın məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (VƏHML) Ermənistanın Dövrü Hesabatına alternativ hesabat təqdim edib. Ermənistanın hesabatının müzakirəsi ərəfəsində VƏHML rəhbəri Sahib Məmmədov digər maraqlı tərəflərlə birgə BMT İnsan Hüquqları Komitəsinin üzvləri üçün onlayn brifinq keçirib. O, təmsil etdiyi təşkilatın təqdim etdiyi alternativ hesabatı bir daha təsdiq edib, hesabatın təqdim olunduğu vaxtda əsaslı dəyişikliklərin baş verməsi barədə komitə üzvlərini məlumatlandırıb.


VƏHML tərəfindən verilən bəyanatda göstərilir ki, "...Alternativ hesabatın təqdim olunduğu vaxtdan sonra vəziyyət əsaslı surətdə dəyişib, 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına qarşı əks hücum başlanıb və 44 gün davam edən müharibə Rusiya, Ermənistan və Azərbaycan arasından bağlanmış üçtərəfli bəyanatla başa çatıb.Azərbaycan işğal altında saxlanılan ərazilərini azad edib. Ərazilərin erməni silahlı birləşmələri tərəfindən dərhal boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə Azərbaycan ordusunun əraziləri işğaldan azad etməsi nəticəsində icra olunub.Hesabatda göstərilən azərbaycanlı mülki girovlar əsirlərin mübadiləsi zamanı Azərbaycana verilib. Azərbaycan ərazilərində kompakt yaşayan 25 000 nəfərdən artıq erməni təhlükəsiz şəraitdə yaşamaqda davam edir.Bununla belə, 44 gün davam edən müharibə dövründə Ermənistan silahlı qüvvələri müharibə zonasından 30-50, 100 və bəzən 300 km məsafədə olan Azərbaycan şəhərlərinə ballistik raketlər ataraq 100 nəfərdən artıq mülki əhalini qətlə yetirib. Ermənistan tərəfindən döyüş xəttinə yaxın Azərbaycan ərazilərinə qadağan olunmuş fosforlu və kaset bombalar atılıb.Ermənistan tərəfi 44 gün davam edən müharibə zamanı əsr götürdüyü azərbaycanlı hərbçilərə münasibətdə qəddar davranışlar nümayiş etdirib. Əsirlər işgəncələrə məruz qalıb və bir hissəsi qətlə yetirilib. Üçtərəfli bəyanat imzalanan vaxtdan sonra həm Azərbaycan, həm Ermənistan əsirləri mübadilə edib”.

Qeyd edək ki, brifinqdə iştirak edən erməni QHT-lər bəyanatın səsləndirilməsinə mane olublar. Onlar Komitə prezidentindən dərhal bəyanatın səsləndirilməsinin dayadırılmasını tələb ediblər. Bununla belə təşkilatın bəyanatının əsas hissələri, o cümlədən Ermənistanın hərbi cinayəti barədə olan hissə Komitə üzvlərinin diqqətinə çatdırılıb.

VƏHML tərəfindən təqdim olunan alternativ hesabatla BMT İnsan Hüquqları Üzrə Ali Komissarın rəsmi veb səhifəsində tanış olmaq olar:https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/SessionDetails1.aspx?SessionID=2498&Lang=en

banner

Oxşar Xəbərlər