• çərşənbə axşamı, 16 aprel, 17:28
  • Baku Bakı 19°C

Ermənistanın hakim partiyası Belarusun KTMT-dən çıxarılmasını tələb edir

08.02.17 15:00 833
Ermənistanın hakim partiyası Belarusun KTMT-dən çıxarılmasını tələb edir
"Ermənistan Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünün dayandırılması ilə bağlı məsələ qaldırmalıdır”.
APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, bunu Ermənistan hakimiyyətdəki Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.
"İlk dəfə deyil ki, Belarus Azərbaycanın xeyrinə qərəzli mövqe nümayiş etdirir. Aleksandr Lapşının ekstradisiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiqlik münasibətlərinə ziddir. Biz bu təşkilatda Belarusun üzvlüyünün dayandırılmasına dair məsələ qaldırmalıyıq”, - deyə parlament çoxluğunun lideri vurğulayıb.
banner

Oxşar Xəbərlər