• çərşənbə, 24 Aprel, 00:06
  • Baku Bakı 14°C

“Ermənistanın Gömrük İttifaqına qoşulmasında Qarabağ məsələsi nəzərə alınır”

27.12.13 16:19 1155
“Ermənistanın Gömrük İttifaqına qoşulmasında Qarabağ məsələsi nəzərə alınır”
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanın Gömrük İttifaqına qoşulması üçün əngəl təşkil etmir, lakin bu faktor nəzərə alınacaq”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi sözsüz ki, həm Ermənistan rəhbərliyi, həm Avrasiya İqtisadi Komissiyası, həm də bu inteqrasiyaya aidiyyəti olan hər kəs tərəfindən nəzərə alınacaq.
L.Slutski xatırladıb ki, Gömrük İttifaqının yaradılmasının təşəbbüskarı olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev də hesab edir ki, bu faktor nəzərə alınmalıdır: “Ermənistan və Azərbaycan bu gün çox təəssüf ki, Dağlıq Qarabağ üzündən həlli uzanan münaqişə vəziyyətindədirlər. Ona görə də bir ölkənin bir çox təşəbbüsləri təbii olaraq digər tərəfin hücumlarına məruz qala bilər. Lakin bundan problem düzəltmək lazım deyil. Ermənistanın Gömrük İttifaqına üzvlüyünün “yol xəritəsi” və Ermənistanın ittifaqın digər məkanı ilə gömrük sərhədlərinin formalaşması sözsüz ki, Dağlıq Qarabağ faktoru nəzərə alınmaqla formalaşır. Biz bilirik ki, Ermənistanın Gömrük İttifaqının qalan ölkələri ümumi sərhədləri yoxdur, lakin bu, maneə deyil”.
L.Slutski Yunanıstanı misal göstərərək bu ölkənin Bolqarıstan Avropa Birliyinə üzv olana qədər uzun müddət AB ilə ümumi sərhədlərə malik olmadığını xatırladıb.
banner

Oxşar Xəbərlər