• cümə, 29 Mart, 14:10
  • Baku Bakı 14°C

Ermənistanın girov götürdüyü azərbaycanlıların azad edilməsi üçün diplomatik səylər davam etdiriləcək

23.07.18 15:49 491
Ermənistanın girov götürdüyü azərbaycanlıların azad edilməsi üçün diplomatik səylər davam etdiriləcək
Ermənistan tərəfindən qeyri-qanuni girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün diplomatik səylər davam etdiriləcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistan tərəfindən qeyri-qanuni girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş katibinə, insan hüquqları üzrə ali komissarına, qaçqınlar üzrə ali komissarına, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyinə müraciətlər edib.
H.Hacıyev bildirib ki, məsələ beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb: "Bu istiqamətdə siyasi və diplomatik səylər davam etdiriləcək".
banner

Oxşar Xəbərlər