AZE | RUS | ENG |

Ermənistanın gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır

Ermənistanın gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır
Azərbaycan ümid edir ki, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ayıq yanaşacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva Strasburqda (Fransa) AŞPA-nın qış sessiyasında çıxış edərkən deyib.

O deyib ki, Azərbaycan hər zaman danışıqların aparılmasına hazırlığını ifadə edib: "Biz ümid edirik ki, xalq tərəfindən seçilmiş yeni hakimiyyət bu məsələyə ayıq yanaşacaq və əvvəlki rejimin siyasətindən nəticə çıxaracaq".

Fətəliyeva bildirib ki, Assambleyada Ermənistandakı seçkilər, orada demokratiya məsələləri dəfələrlə müzakirə olunub: "Ancaq, təəssüflər olsun ki, biz çox nadir hallarda biz hansısa tənqidi eşitmişik. Bunun əvəzinə - bəzi Avropa həmkarlarımızın tam dəstəyi və Ermənistanın əvvəlki rejiminin qəhramancasına müdafiəsi. Bu dəfə, 20 il sürən vəziyyətdən sonra erməni millətinin iradəsi qalib gəldi. Serj Sarkisyan Ermənistanı siyasi və iqtisadi böhrana gətirib çıxarıb. Hal-hazırda erməni xalqı cinayətkar rejimdən qurtarılıb. Biz ümid edirik ki, yeni liderlər və onların siyasəti Ermənistan xalqının mənafeyi naminə fəaliyyət göstərəcək. Çünki Ermənistan xalqının gələcəyi Azərbaycanla münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır".




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946