• cümə axşamı, 28 mart, 20:33
  • Baku Bakı 13°C

Ermənistanın faşizm sevgisi

28.11.19 17:30 595
Ermənistanın faşizm sevgisi
Yerevanın açıq şəkildə faşizmə dəstək verməsi, tək Rusiyada deyil, faşizmdən zərər çəkən digər ölkələrdə də hiddət doğura bilər

Rusiya mediasında Ermənistanın faşistlərlə əməkdaşlıq edən şəxsləri qəhrəmanlaşdırması cəhdlərini pisləyən silsilə məqalə və yazıların dərci səngimir. Faktiki olaraq hər gün qonşu dövlətin mediasında rəsmi Yerevanın faşist əlaltısı Qaregin Njdeyə dəstək verməsini pisləyən və tənqid edən materiallar dərc olunur. Bu dəfə Rusiyanın nüfuzlu "Vzqlyad” nəşri prezident İlham Əliyevin, Ermənistandan, faşist Qaregin Njdeyə ucaltdığı abidəni dərhal ləğv etməsinə geniş yer ayırıb. "Prezident İlham Əliyev BDU-nun yaradılmasının 100 illiyi ilə bağlı keçirilən mərasimdə bəyan edib ki, MDB məkanında faşistlərə qoyulan abidələr ucaldılmasına yol vermək olmaz. Mən bildirdim ki, Ermənistanda faşist əlaltısı Njdeyə 6 metr hündürlüyündə abidə ucaldılıb. Bu yolverilməzdir və dərhal sökülməlidir”, - deyə qəzet prezidentin sözlərini sitat gətirib. Dövlət başçısı əlavə edib ki, Njde o zaman həbs edilib və ömrünü həbsxanada başa vurub: "Onu o vaxt SSRİ-nin ən nüfuzlu qurumu - SMERŞ həbs etmişdi. Yəni o casus kimi həbs edilmişdi və barəsində 25 il həbs qərarı çıxarıldı. Faktiki olaraq ölüm hökmü idi və Vladimir həbsxanasında da öldü”. "Ən əsası, dövlət başçısını özündən çıxaran hal isə Nikol Paşinyanın Njdeni yazıçı Aleksandr Soljenitsınla müqayisə etməsi idi” - deyə qəzet yazır. Prezident onu da qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişməyib. "Mən onlara şans verdim. Öz çıxışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü demokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistanın üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. O cinayətkar dövlətlə münasibətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda, heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?, - deyə qəzet dövlət başçısının fikirlərini qeyd edib. Qeyd etmək gərəkdir ki, Ermənistanın Njdenin timsalında faşizmi dəstəkləməsinə qarşı təpgilərin artmasında sözsüz ki, prezident İlham Əliyevin silsilə çıxışlarının xüsusi rolu var. "Noviye İzvestiya” qəzetində yer alan xəbərdə isə bildirilir ki, Njdenin qəhrəmanlaşması Ermənistan sərhədlərini aşaraq Rusiyanın Armavir şəhərində xatirə lövhəsi formasında zühur edib. Müəllif Viktor Levin bildirib ki, Ermənistanın baş naziri buna cavab verməyə bilərdi, amma onun Qarigen Njdeni müdafiə etməsi faşizmi dəstək məsələsində Ermənistanda heç nəyin dəyişmədiyini göstərir. Məqalədə politoloq Vitaliy Arkovun fikirlərinə də istinad edilir. Və Paşinyanın fikirləri böyük diplomatik səhv adlandırılır. "Eurasiya Daily” internet qəzeti Paşinyanın prezident İlham Əliyevin arqumentləri qarşısında aciz qaldığını etiraf etsə də, Njde məsələsini fərqli istiqamətə yönəltməyə cəhd edib. Məqalədə "sanki müharibəni Hitler yox, Njde başladıb” ifadəsinə yer verilib. Bu isə Ermənistana yönələn ittihamları yumşaltmaq cəhdidir.
Onu da qeyd edək ki, Armavir şəhərində faşistlərlə əlbir olan Njdeyə quraşdırılan xatirə lövhəsinin üstünə qara boya çəkilib. Bunu isə Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov edib. Bu insident də iki dövlət arasında münasibətlərdə ciddi problem yaratmışdı. Hətta Yerevanda Rusiya səfirliyi qarşısında aksiya da keçirilmişdi. Ermənistan tərəfi bunu "vandalizm” adlandırmışdı. Onu da qeyd edək ki, Armavirdəki Rusiyanın erməni birliyinin yerli bölməsinin nümayəndələri Njdeyə quraşdırılan xatirə lövhəsini iki həftəyə sökəcəklərini bildirsələr də, buna hələ də əməl etməyiblər. Bu barədə isə "Krasnaya Zvezda” informasiya agentliyi məlumat verib. Lövhənin götürülməsi ilə bağlı petisiya da hazırlanıb. Onu da qeyd edək ki, Vinoqradov daha öncə dəfələlər bəyan edib ki, lövhənin sökülməsinə dair sözə əməl olunmayacağı halda, o, bu məsələni şəxsən həll edəcək. "Üçüncü reyx ilə əməkdaşlıqda özünü ləkələyənlərə abidələrin ucaldılması, alman-faşist işğalçıları ilə mübarizə aparan xalq üçün təhqirdir. Əgər Njde qəhrəmandırsa, o zaman ona xatirə lövhələri quraşdıranlar kimdir?” - Vinoqradov bəyan edib.
Beləliklə, hazırda vəziyyət Ermənistan hakimiyyəti üçün heç də ürəkaçan deyil. Belə ki, rəsmi Yerevanın açıq şəkildə Njdeyə dəstək verməsi, tək Rusiya deyil, faşizmdən zərər çəkən digər ölkələrdə də hiddət doğura və bu hiddət ona qarşı çevrilə bilər. Azərbaycanın isə xaricdə əsas təbliğatı o ola bilər ki, ermənilər həmişə faşist ideologiyası ilə hərəkət edib, türklərə, müsəlmanlara qarşı soyqırımı və qətliamlar törədiblər. Və bu gün də onlar həmin ideologiya ilə yaşayırlar. Njdeyə Ermənistanda 6 metrdən hündür heykəl qoyulması da bunun konkret təsdiqidir.
Ən əsas tezis də olmalıdır ki, müasir dünyada faşizm ideyalarının təbliğ olunması və faşistlərin qəhrəmanlaşdırılması ən təhlükəli meyildir. Bu siyasəti isə Ermənistan hakimiyyəti "uğurla” davam etdirir.
Azər
banner

Oxşar Xəbərlər