AZE | RUS | ENG |

Ermənistanın bölgələrində etiraz aksiyaları davam edir

Ermənistanın bölgələrində etiraz aksiyaları davam edir
Ermənistanın bölgələrində məmur özbaşınalığı və işsizlik problemi ilə bağlı itaətsizlik aksiyaları səngimir.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Lori vilayətinin ən böyük kəndlərindən biri olan Saratovkada sakinlər kənd icra nümayəndəsinin özbaşınalığına son qoyulmasını tələb edirlər. Sakinlərin sözlərinə görə, icra nümayəndəsi Qarlin Markonyan kəndin problemləri ilə maraqlanmır. Etirazçılar bildiriblər ki, icra nümayəndəsi onları aldadaraq pay torpaqlarını əllərindən alıb. Torpaqlar saxta yollarla icra nümayəndəsi tərəfindən yaxın adamlarının adlarına sənədləşdirilib. Aksiya iştirakçılarının iddialarına görə, dəfələrlə Lori vilayəti qubernatoruna və ölkənin baş prokuroruna şikayətlər ünvanlansa da heç bir nəticə olmayıb. Onlar bəyan edirlər ki, tələbləri yerinə yetirilməsə növbəti aksiya hökumət binasının qarşısında keçiriləcək.
Bundan başqa Nikol Paşinyanla Qarabağ klanı arasında ziddiyyətlər dərinləşir. Belə ki, 1 mart hadisələri ilə bağlı qondarma rejimin sabiq təhlükəsizlik xidmətinin rəisi Vitali Balasanyan xüsusi istintaq komitəsinə çağırılıb. Dindirilmədən sonra Vitali Balasanyan bildirib ki, 1 mart hadisələrində baş nazir Nikol Paşinyan və sabiq prezident Levon Ter-Petrosyan günahkardırlar.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973