AZE | RUS | ENG |

Ermənistanın baş nazirinə layiqli cavab

Ermənistanın baş nazirinə layiqli cavab
Prezident İlham Əliyevin böyük tribunadan "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” söyləməsi bir daha dövlətimizin sərt mövqeyini ortaya qoydu. 25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonunun erməni işğalı altında olduğunu vurğulayan ölkə başçısı bəyan etdi ki, biz sona qədər mübarizə aparacağıq və tarixi torpaqlarımızın bir qarışnın da düşməndə qalması ilə barışmayacağıq. Soçidəki çıxışında cənab Prezidentin Qarabağla bağlı qəti mövqeyi həm Ermənistanın baş nazirinə, həm də daxildə ermənipərəst çıxışlarla gündəmə gəlmək istəyən bəzi müxalifət üzvlərinə layiqli cavab idi.
Bunu millət vəkili Xanlar Fətiyev Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışını Trend-ə şərh edərkən deyib.
Deputat bildirib ki, ölkə başçısının Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında tarixi faktlara söykənən bu çıxışı cox maraqla qarşılanıb: "Dövlət başçısı bir daha bəyan etdi ki, Ermənistan rəsmilərinin tez-tez gündəmə gətirməyə çalışdıqları "Dağlıq Qarabağın xalqı” anlayışı ümumiyyətlə mövcud deyil və bu məsələ Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Cənab Prezident açıq-aydın vurğuladı ki, bu münaqişə bütün dünya tərəfindən qəbul edilən Azərbaycanın ərazi bütövlüyünün bərpasından, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından sonra həll oluna bilər. Mən hesab edirəm ki, İlham Əliyevin bu sərt çıxışı Ermənistan ictimaiyyətində də birmənalı qarşılanmayacaq və bu, Paşınyana tutarlı cavab olacaq".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289